Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Tanatonavtlar

Bernard Werber
0/10
0 Kişi
2
Okunma
Beğeni
73
Görüntülenme
Fransız yazıçısı Bernar Verber 90-cı illərdən etibarən elmi-fantastik janrda yazdığı əsərlərlə tanınmağa başlayıb. Müəllifin “Qarışqalar” trilogiyası ona dünya şöhrəti qazandırıb. O, əsərlərində elm, teologiya, fəlsəfə, fantastika, mənəviyyat, şüur, mifologiya və bir çox sahələrə toxunur. “Tanatonavtlar” romanı paranormal hadisələrin və mənəviyyat problemlərinin paralel şəkildə işləndiyi, elmi-fantastik janrda yazılmış maraqlı əsərlərdən biridir. Ölüm təcrübələri və axirət, mələklər və paralel dünya, cənnət və ölümdən sonrakı həyat bu romanda spiritualist boyalarla təsvir olunub. Romanda mifoloji və teoloji məlumatlar, akademik ricətlər fərqli üslubda təqdim edilir. Müəllif tanatonavtların fantastik dünyasında oxucunu səyahətə çıxarır, insanları ölüm, yaradılış, axirət, cənnət haqqında bir daha düşünməyə vadar edir. Bu əsərdə tanatonavtların müşayiəti ilə ağlasığmaz yuxulardan və qorxulardan keçəcək, insanları əzəl gündən aramsız olaraq izləyən müəmmanın gizləndiyi qəribə aləmin qanunları ilə tanış olacaqsınız. Hələ heç kəs tanatonavtlar qədər uzaqlara gedib çıxa bilməyib. Onlar ölümdən sonrakı həyatı araşdırıb, bütün dövrlərin macəralarla dolu ən heyrətamiz Odisseyasına imza atıblar.
Yazar:
Bernard Werber
Bernard Werber
Tahmini Okuma Süresi: 17 sa. 48 dk.Sayfa Sayısı: 628Yayınevi: Teas Press Nəşriyyatı
ISBN: 9789952310900Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.