"Səmərqənd! Əzəldən dünyanın günəşə baxan ən gözəl üzü"
Puan vermedi·432 syf.··
2025 14. kitabı
·
73 günde okudu
·
Okunma: 22 Kasım 2025 16:09
- Gedirsən! - Hə. Ancaq bu dəfə başqa cür. - Başqa cür getmək necə olur ki? - Səninlə birlikdə gedirəm. Bir az tarixi reallıq, bir az yazıçı təxəyyülü "Səmərqənd! Əzəldən dünyanın günəşə baxan ən gözəl üzü" Oxumağa dəyər bir əsər idi. Tarixi roman olması onu bir az da oxunaqlı və maraqlı edir. Əsərdə real olan müəllim Hovard Baskevil obrazı - qərbli birinin şərq dövlətlərindən, şərq millətlərindən birinin azadlığı, inkişafı uğrunda bu yolda öləcək qədər mübarizəyə atılması olduqca diqqətə layiqdir. Ürəkağrıdan məqamlardan biri isə şübhəsiz Monqol işğalı zamanı yandırılan Ələmut kitabxansıdır. Və səhv etmirəmsə bu da real bir tarixi hadisədir. Müharibələrin pis tərəflərindən biri də yəqinki elə budur. İşğal edilmiş ölkənin abidələrinin, incəsənət və bədii əsərlərinin, bir sözlə mədəniyyətinin və keçmişinin məhv edilməsi. Kitab haqqında çox danışmaq olar. Ömər Xəyyamın Səmərqənd əlyazması fonunda istər tarixi reallıqlardan, istərsə də onu tamamlayan bədii motivlərdən. Qısacası əsər tarixlə bədiiliyin gözəl bir harmoniyasıdır. Sonda qeyd etməliyəm ki, əsərin sonu yenə məni kədərləndirdi..
SəmərqəndAmin Maalouf · Qanun Nəşriyyatı · 201374,9bin okunma
·
11 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.