·112 syf.····Okunma: 27 Mart 2026 01:46 İvan İliçin Ölümü – Lev Tolstoy tərəfindən yazılmış qısa, lakin çox təsirli fəlsəfi əsərdir. Kitab zahirən uğurlu bir insanın xəstəlik və ölüm qarşısında öz həyatını sorgulamasını təsvir edir.
Əsərin gedişatı İvan İliçin ölümü xəbəri ilə başlayır və sonra onun həyatına geri dönüş edilir. O, karyera qurmuş, cəmiyyətin gözündə uğurlu sayılan bir hakimdir. Lakin evini düzəldərkən keçirdiyi kiçik bir qəza onun xəstələnməsinə səbəb olur və zamanla vəziyyəti ağırlaşır. Xəstəlik artdıqca İvan həm fiziki ağrı, həm də daxili narahatlıq yaşayır. Ətrafındakı insanların səmimiyyətsiz davranışı onu daha da tənhalaşdırır. Bu müddətdə o, həyatını sorgulamağa başlayır və sonda həyatını düzgün yaşamadığını anlayır. Ölümə yaxın isə daxili bir rahatlıq tapır və qorxudan azad olur.
İvan İliç ömrünün sonunda anlayır ki, o, həyatını öz istəklərinə görə yox, cəmiyyətin gözləntilərinə uyğun yaşayıb. Bu gecikmiş fərqinə varma əsərin ən təsirli məqamıdır.
Eyni zamanda əsər oxucuya bir neçə vacib həyat dərsi verir: insan başqalarının fikrinə görə deyil, öz istəklərinə uyğun yaşamalıdır; vaxtın dəyərini gec anlamamaq üçün sevdiklərinə daha çox zaman ayırmalıdır; səmimi münasibətlər qurmaq və özünü tanımaq həyatın əsas hissəsidir; uğur anlayışı yalnız pul və vəzifə ilə ölçülməməlidir.
Qısa olmasına baxmayaraq, bu əsər oxucunu dərindən düşündürən və öz həyatına yenidən baxmağa vadar edən güclü bir kitabdır.