Gönderi

8/10
·192 syf.··
2026 2. kitabı
·
22 saatte okudu
·
Okunma: 25 Mart 2026 17:48
Kitab əslində Russian Revolutionun təmsilidir: Napoleon → Joseph Stalin Snowball → Leon Trotsky Boxer → sadə, zəhmətkeş xalq qoyunlar → düşünməyən kütlə Squealer -> propaganda (media) Bu kitabda göstərilmək istənən gücün böyük bir qüvvə olması və onu hər şəxsin idarə edə bilməyəcəyidir. İdarə etməyə çalışdığı halda oda digər sevmediyi liderler kimi olmağa başlayacaq. Burada kitabın sonunda insanlar kimi olan heç bir donuz , bunun olacağını bilmir və hədəfi bu deyildi. Zirvəyə gedən yolda olan imtiyazları gördükdən sonra gücə məğlub olaraq köprünün digər tərəfinə keçdi. Müəyyən qayda, şüar və s.ı digərlərinə səhv eşitdiklərini düşündürərək öz lehinə çevirirdi. Atlar indiki dövrlə uyğunlaşdırsaq 9-5 işləyən düzgünlüklə işləyib heç bir siyasi mövzuya, deyilən fikirlərə qulağ verməyib sonda xəyalına qovuşacağını zənn edən ancaq artıq müəyyən bir şəxsin irəliləməsi yolunda gedən sistemin bir parçasına çevrilmişdir. Qoyunlar isə buaradakı ən böyük persanajlardır çünki onlar bu dəyişimin əsas səbəbləridir. Mənim fikrimcə cəmiyyət içərisində belə insanlar var hansı ki, vəzifəli ve yaxud ağıllı bir şəxs gördükləri zaman özlərini ağıllı göstərmək və yaxud digərlərindən seçilməmək, təhlükəsiz zonada qalmaq üçün, onun dediklərini sorğu-sualsız qəbul edib digər başqa fikir bildirənlərə lağ edərək sorğulanma mərhələsinə maneə olanlardır. Bu tip insanlar kitabdanda gördüyümüz kimi bu işlərin taleyini bildirənlərdir. Ümumilikdə kitab demək istəyir ki güc, yaddaş və düşüncə olmadıqda azadlıq qorunmur. Və baş verənləri anladığın halda yenə də sussan sistem səni boğacaq önəmli olan düşünüb susmamağındır.
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018296,2bin okunma
4 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.