Gönderi

10/10
·635 syf.··
Beğendi
·
2026 9. kitabı
·
56 günde okudu
·
Okunma: 27 Mart 2026 23:25
Adrian Goldsworthy tərəfindən yazılmış Caesar əsəri, Julius Caesarın həyatını uşaqlıq illərindən başlayaraq ölümünə qədər geniş və detallı şəkildə təqdim edir. Kitabın ən diqqətçəkən tərəfi yalnız Sezarın həyatını deyil, eyni zamanda onun dövründə mühüm rol oynamış Cato the Younger, Marcus Licinius Crassus, Pompey the Great və Cicero kimi tarixi şəxsiyyətlərin də xarakterlərini və rollarını analiz etməsidir. Yazar hadisələri sadəcə nəql etmir; o, eyni zamanda mənbələr arasındakı fərqləri göstərir, qeyri-müəyyən məqamları açıq şəkildə qeyd edir və öz fərziyyələrini fakt kimi təqdim etmir. Bu yanaşma kitabı bir roman yox, ciddi bir tarix araşdırması səviyyəsinə yüksəldir. Kitabı bitirmək zaman alsa da, tarixə marağı olan və hadisələri olduğu kimi öyrənmək istəyənlər üçün olduqca dəyərli bir mənbədir. Əgər oxucu bədii süjetdən çox real tarixi analiz axtarırsa, bu əsər mütləq oxunmalıdır.
1000Kitap
CaesarAdrian Goldsworthy · İş Bankası Kültür Yayınları · 201463 okunma
··
54 Gösterim
1 Yorum
Adrian Goldsworthy’nin bu kapsamlı eserini, sadece bir biyografi olarak değil; dönemin siyasi aktörlerini de içine alan derin bir analizle incelemeniz harika olmuş. Özellikle yazarın kaynaklar arasındaki farklara dikkat çekmesini vurgulamanız, eserin akademik değerini çok güzel ortaya koymuş. Emeğinize sağlık. Küçük bir ekleme yapacak olursam; Goldsworthy’nin üzerinde durduğu Sezar’ın o meşhur askeri dehası ile Roma halkı (Populares) üzerindeki büyüleyici etkisine de biraz değinilseydi, sanırım inceleme tam anlamıyla dört dörtlük olurdu. Zira Sezar’ı sadece senatodaki rakipleriyle değil, sokaktaki karşılığıyla anlamak bu portreyi tamamlıyor. Yine de bu titiz okumanız ve nitelikli paylaşımınız için teşekkür ederim
Sətirlərin dünyası
Gönderi Sahibi
Oxuyub fikrinizi bildirdiyiniz üçün təşəkkür edirəm. O mövzuda sizə haqq verirəm. Bir popularis olaraq Roma xalqının gözündə əhəmiyyəti yer tutmuşdu. Suiqəsdən sonra nəşini xalqın aparması buna işarədir. Ordu ilə arasında isə inam üzərinə qurulmuş güclü bağ vardı. Sezarın idarəçiliyi altında bütün müharibələrdən qalib çıxacağı hissi yaranmışdı. Belə detalları vurğuladıqca yazmağa davam edəsim gəlir. Belə halda incələmə çox uzun olar deyə qısa və konkret yazmağa çalışdım
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.