·368 syf.····Okunma: 28 Mart 2026 21:52 Salamlar hamıya
Bu əsərin əsas mövzusu travma və günahkarlıq hissi üzərində qurulub. Hadisələr Saymon adlı bir oğlanın ətrafında cərəyan edir. O, baş verən qəza nəticəsində valideynlərini itirir və bu hadisəyə görə özünü günahlandırır. Bu psixoloji sarsıntı onun həyatına ciddi təsir edir və nəticədə kabuslar görməyə başlayır. Əsərdə mənə məntiqsiz gələn hissələr bol idi.
Mən əvvəllər Wulf Dornun digər kitablarını türk dilində oxumuşam. Bu əsəri isə Azərbaycan dilində oxudum və açığı, tərcümə mənə bir qədər zəif təsir bağışladı. Eyni kitabı iki fərqli dildə oxuyanlar yəqin ki, bu fərqi daha aydın hiss edərlər.
Ümumilikdə isə əsər məndə çox da güclü təəssürat yaratmadı. Digər kitablarında olan gözlənilməz sonluq bu dəfə yox idi. Hətta deyə bilərəm ki, hadisələrin gedişində qatilin kim olduğunu əvvəlcədən təxmin etdim və nəticə də gözlədiyim kimi oldu. Buda əsərə olan maraqı öldürür məncə.