"- Koramal. İnsanlar bir anda koramala çevrildilər. Yüzlərlə, minlərlə koramal var idi.
- Əcaib heyvandır. İlana bənzəyir, ancaq ilan deyil. Ayaqsız kərtənkələ... İkisimalıdır, ilk baxışda nə olduğunu ayırd etmək olmur, - Hikmət pıçıldadı, - sanki insanların ikiüzlülüyünə, xəyanətlərinə işarədir..."
'Mən istəyirəm ki, əsrlərdən bəri donub qalmış bu bataqlıq bir hərəkətə gəlsin. Gözlər günəş görsün, bu yeni yaranan aləmə alışsın. Oxunan mahnı bir vuruş çağırışıdır...'
'Siz, işıqdan qaçan yarasalar! Kəndin qan damarlarını sorub gəmirən bütün parazitlər! Sən dayan, ana! Siz mədəniyyətə, yeniliyə, kəndli yüksəlişinə zidsiniz. Çünki mədəniyyət sizin cibinizə toxunur, mədəniyyət sizin üçün ölümdür, ölüm.'