Sona Musayeva

Sona Musayeva
@Sn_m1951
"Not everyone gets me, and that's okay."
5/10
·313 syf.··
2026 12. kitabı
·
47 günde okudu
·
Okunma: 18 Nisan 2026 00:10
Hamıya Salamlar. **Kitabı dostumun məsləhəti ilə oxudum, janrı sevdiyim janr olmadığına görə çox gec oxudum, mövzusu barədə mənfi və müsbət düşüncələrim çoxdu. Kitabın bütün məzmununu yazmışam
1000Kitap
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018261 okunma
6/10
·368 syf.··
2026 10. kitabı
·
3 günde okudu
·
Okunma: 28 Mart 2026 21:52
Salamlar hamıya Bu əsərin əsas mövzusu travma və günahkarlıq hissi üzərində qurulub. Hadisələr Saymon adlı bir oğlanın ətrafında cərəyan edir. O, baş verən qəza nəticəsində valideynlərini itirir və bu hadisəyə görə özünü günahlandırır. Bu psixoloji sarsıntı onun həyatına ciddi təsir edir və nəticədə kabuslar görməyə başlayır. Əsərdə mənə məntiqsiz gələn hissələr bol idi. Mən əvvəllər Wulf Dornun digər kitablarını türk dilində oxumuşam. Bu əsəri isə Azərbaycan dilində oxudum və açığı, tərcümə mənə bir qədər zəif təsir bağışladı. Eyni kitabı iki fərqli dildə oxuyanlar yəqin ki, bu fərqi daha aydın hiss edərlər. Ümumilikdə isə əsər məndə çox da güclü təəssürat yaratmadı. Digər kitablarında olan gözlənilməz sonluq bu dəfə yox idi. Hətta deyə bilərəm ki, hadisələrin gedişində qatilin kim olduğunu əvvəlcədən təxmin etdim və nəticə də gözlədiyim kimi oldu. Buda əsərə olan maraqı öldürür məncə.
Alıntı
Gecə QurdlarındırWulf Dorn · Teas Press Nəşriyyatı · 20242,620 okunma
8/10
·150 syf.··
2026 8. kitabı
·
1 saatte okudu
·
Okunma: 10 Mart 2026 01:46
İlk kitabla qarşılaşdığım zaman(yəqin bir il ötüb) düşünmüşdüm ki , watsapp mesajlaşmaları var , yəqin sıxıcıdı , yada səbrim çatmaz. Amma anidən oxuyasım gəldi, oxuduqca gördüm ki, maraqlı süjet xətti var. 1 saata bitirə biləcəyiniz axıcı və maraqlı dedektiv əsərdir. Qısa olmasınada baxmayın məncə, hal-hazırdakı bir çox reallıq burda ifşalanıb. Oxumağa dəyər.
Alıntı
4+1Hüseyn Nağılı · Kişisel Yayın · 2022162 okunma
10/10
·336 syf.··
Beğendi
·
2026 5. kitabı
·
11 saatte okudu
·
Okunma: 08 Şubat 2026 03:25
Bu kitab beş ay boyunca əlimdə qaldı, amma oxumağa sözün həqiqi mənasında qıymırdım, çox sevilən və yaxşı əsər olduğunu eşitmişdim ona görə gözləyirdim ki bütün işlərimi bitirib , bütün diqqətimi
1K
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0203 okunma
10/10
·144 syf.··
2026 3. kitabı
Bu kitabı Zakir müəllimin sayəsində oxudum. Mühazirədə əsərin məzmunu haqqında geniş məlumat verilsə də, onu özüm oxumalı olduğumu düşündüm. M.Ə.Rəsulzadənin Lahıcda olduğu dövrdə Firdovsinin “Şahnamə”sindən ilhamlanaraq bu əsəri qələmə alması xüsusi diqqət çəkir. Onun Azərbaycanı Siyavuş obrazı ilə eyniləşdirməsi, xalqın taleyini bu qəhrəmanın faciəvi, lakin ümidverici yolunda görməsi olduqca dərin və simvolik yanaşmadır. Rəsulzadə əsər boyu gələcəyə olan inamını qoruyur və bu inamı oxucuya da ötürməyi bacarır. O, ömrünün sonuna qədər Azərbaycan ideyasına sadiq qalmış, mühacirət həyatı yaşasa belə, bu yoldan dönməmişdir. Onun gəncliyə xitabən söylədiyi: “— Hə, ey yurddaşlar, dolayısı ilə siz ey gələcək soy, ey gənclik, ey çağımızın Siyavuşunun böyümüş oğlu! Sənin boynunda böyük bir görəv var. Səndən qabaqkı soy yoxdan bir bayraq, qutlu bir ideal göstəricisi yaratdı, onu min bir çətinliklə ucaldaraq dedi: — Bir yol yüksələn bayraq bir daha enməz!” fikirləri bu gün öz tarixi doğruluğunu tapmışdır. Bu gün müstəqil Azərbaycanın mövcudluğu Rəsulzadənin ideallarının reallaşmasının ən bariz sübutudur. Məncə, biz bu müstəqilliyi məhz onun kimi şəxsiyyətlərin mübarizəsinə borcluyuq.
Duygu ve Düşünce
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 062 okunma