9/10
·264 syf.··
Beğendi
·
2026 4. kitabı
·
12 günde okudu
·
Okunma: 29 Mart 2026 11:02
Əsərin əsas mövzusu “Sevgi və məntiq”- qarşıdurmasıdır.Baş qəhrəman Ennin cəmiyyətin tələblərinə və məntiqə üstünlük verərək sevdiyi insanla yollarını ayırır.Atası iflasın eşiyində olduğu dövrdə o, məntiqinə qulaq asaraq nişanı pozur. Çünki evlənmək istədiyi insan aşağı təbəqəyə mənsub idi. Bu qərarı verməsində yaxın rəfiqəsinin təsiri böyük olur. Əsərdə qəhrəmanların duyğularını necə basdırdıqları və qürurlarına necə təslim olduqları göstərilir. Yeddi il sonra onlar yenidən qarşılaşır və bu zaman basdırılmış duyğular üzə çıxır. Əsər əsl sevginin illər keçsə də bitmədiyini,cəmiyyətin fikirlərinə əsasən qərar verməməyi və yalnız məntiqə əsasən qərarların bəzən peşmançılıq gətirəcəyini vurğulayır. Bu roman yazıçının son əsərlərindən biri olub, onun ölümündən sonra nəşr edilmişdir və daha yetkin, daha duyğusal üslubu ilə seçilir.
İknaJane Austen · Kırmızı Kedi Yayınevi · 20193,543 okunma
·
3 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.