·616 syf.····Okunma: 29 Mart 2026 16:31 Sonda qəhrəmanın ölməsi ilə bitən əsərlər , filmlər insana qəlb sıxıntısı verər. Məsələn Martin İdenin ölümü insanda belə bitməməli idi hissini aşılayır. Lakin bu kitabın sonu məhz belə bitməliydi. Əsər boyu Jülienin yaşamın həqiqətini anlamağını , xətalarından dərs çıxarmağını gözlədim. O isə hər dəfəsində hər hansı bir müsibətdən alınacaq ən son dərslə çıxırdı. Bir də etdiklərini " böyük" ərdəmlərinin arxasına gizlətməyi var. Ümumiyyətlə istər Stendal istərsə də digər roman yazıçılarının xəyanətlə oxucunun diqqətini cəlbetmə istəyi , evli qadın və ya kişilərlə olan münasibətə eşq donu geydirməkləri , bunu " ülvi " hislərmiş kimi göstərmələri ikrah doğurur.
Əsərin sonunda ölümlə üz-üzə gəlməyinə az qalmış onda həyatın oyun olduğunu anlamağa , nə boş həvəslər ardında qaçdığını dərk etməyə meyil olduğu görülür. Bu dəfə də özünə yaraşan Tanrısı olmadığına məyus olur. Ən dramatik tərəfi də istədiyi kimi Tanrı olsa ondan bağışlanma diləmək yerinə yasaq eşq yaşadığı qadınla ömür sürməyi diləyəcəyini deyir.
Yəni deməyim odur ki, Jülien necə yaşadı isə elə də getdi. Təəssüf ki bir çoxumuzun elədiyi kimi...