Gönderi

10/10
·388 syf.··
Beğendi
·
2026 22. kitabı
·
9 günde okudu
·
Okunma: 22 Mart 2026 21:14
XIII əsr- Tarixin ən qanlı əsrlərindən biri. Monqol hökmdarı Çingiz xanın növbəti qurbanlarından biri qarluq xalqları oldu. Səmərqəndin yaxınlığında Satuk bəyin başçılığı altında özləri üçün firavan həyat sürən qarluq xalqı Monqol işğalından qurtara bilmədi. Biz isə kitabda daha çox Satuk bəyin oğlu, gələcək varisi Çağrının həyat yolu, necə irfani yüksəliş yaşadığını, 21 yaşı olmağına baxmayaraq düşüncələrinin necə yetkinliyə doğru dəyişdiyini oxuyuruq. Çağrı obaya gəlib mağarada məskunlaşan albinos şaman Ağcanı tapmaq üçün çayda az qala həyatından olarkən, Ağcanın onun həyatını xilas etməsindən sonra keçən qısa müddət ərzində obada çaxnaşmalar başlayır. Çağrının tale yolu bu andan etibarən cızılır. Sevgilisi Aydilgəni əsirlikdən xilas etməkdən tutmuş Xarəzmşah Cəlaləddinin ən yaxın, güvəndiyi silahdaşı olmağına qədər və bundan sonrakı həyat yolunu oxuyuruq.
ÇağrıElçin Əzimli · Teas Press · 2023107 okunma
·
18 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.