·372 syf.··Beğendi
···Okunma: 31 Mart 2026 11:12 Sonuncu İstintaq kitabı sadəcə müharibə kitabı deyil, daha çox insanın içində gedən müharibədən bəhs edir. Məncə, burada müharibə arxa fondur, əsas məsələ isə insanın daxili müharibəsidir.
Kitabın ən sevdiyim tərəfi isə hadisələri tək tərəfli göstərmir, hekayəyə iki düşmənin gözü ilə baxırıq. Burada fikir anlayışı dəyişir, çünki qarşı tərəf də qorxur, səhv edir. Bu da “düşmən” anlayışını dağıdır və məcbur edir ki, məsələni daha çılpaq görəsən.
Kitabda bəyəndiyim hissələrdən biri isə vicdan və seçim üzərində qurulub. Buradakı müharibə insanın kim olduğunu, onun seçimlərində ortaya çıxarır. Heç kəs tam günahsız deyil, sadəcə kimin hansı anda nəyi seçdiyi fərqi yaradır və sonda açıq bir hökm yoxdur. Ədalət anlayışı bulanıq qalır, çünki yazar burada “doğru budur” demir, səni öz içində qərar verməyə məcbur edir.
Yəni məsələ müharibə deyil, məsələ sən bu vəziyyətdə olsaydın nə edərdin və bunun bədəlini necə ödəyərdin.