Gönderi

Puan vermedi·704 syf.··
2026 3. kitabı
·
13 günde okudu
·
Okunma: 01 Nisan 2026 00:39
Dostoyevskidən oxuduğum digər kitablarla müqayisədə bu əsər mənim üçün sadəcə bir roman deyil, cəmiyyətin və insan ruhunun ən qaranlıq künclərinə tutulmuş bir fənər oldu. Əsərdəki Nikolay Stavrogin daxilindəki boşluğu heç nə ilə doldura bilməyən, mənəviyyatını itirmiş birinin nə qədər dağıdıcı ola biləcəyinin canlı sübutudur. Onun ətrafındakı ideologiyalar, radikal fikirlər, yəni, cinlər isə əslində bu daxili boşluqdan qidalanan parazitlər kimidir. Məni ən çox sarsıdan isə Şatov və Kirillov obrazları oldu. Bir tərəfdə inancını axtaran, digər tərəfdə isə "insan-tanrı" olmaq iddiası ilə özünü məhvə aparan iki fərqli qütb. Onların faciəsini oxuyarkən insan istər-istəməz düşünür ki, bir ideya naminə insan özünü və başqalarını nə dərəcədə qurban verə bilər? Kitabda təsvir olunan o xaos və gərginlik mənə Remarque-ın müharibə təsvirlərindəki o ağır atmosferi xatırlatdı. Orada fiziki müharibə varsa, burada ideyaların, ruhların savaşı var. Sonda isə hər kəsin öz daxilindəki "cinlərin" qurbanına çevrilməsi insanı kədərləndirir. Xülasə olaraq, əgər siz də mənim kimi kitabda sadəcə hadisə ardıcıllığı deyil, insan psixologiyasının ən dərin və bəzən qorxulu qatlarını görmək istəyirsinizsə, "Ecinnilər" mütləq oxunmalı olan bir şahəsərdir. Ağır oxunsa da, bitirdikdən sonra beyninizdə yaratdığı suallar sizi uzun müddət tərk etməyəcək. Xoş mütaliələr!
EcinnilerFyodor Dostoyevski · Antik Kitap · 20117,3bin okunma
·
11 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.