“Bilmirəm dostumsan, yoxsa sevgilim”
9/10
·274 syf.··
2026 9. kitabı
·
3 günde okudu
·
Okunma: 31 Mart 2026 00:00
Hər zaman az oxunan, kütləvi maraqdan bir az kənarda qalan kitablar diqqətimi çəkib. İlqar Rəsulun "Getmə" romanına da bu maraqla başladım. Düzünü desəm, ilk 100 səhifədə davam etməyə çox çətinlik çəkdim. Həmidin o daxili susqunluğu, hadisələrin sanki yerində sayması məni sıxırdı. Etiraf etməliyəm ki, hadisələr həddindən artıq ləng idi və bu, oxucunu həqiqətən yora bilər. ​Romanın qəhrəmanı Həmid, bəlkə də ətrafımızda hər gün gördüyümüz, amma heç vaxt daxilinə boylanmadığımız o "yaxşı adamlardan" biridir. Müəllif sanki bir insanın səbrinin harda bitdiyini, "yaxşılıq" dediyimiz o ali duyğunun necə bir mənəvi yükə çevrildiyini bizə göstərmək istəyib. Həmidin ailəsi ilə olan soyuqluğu, Əsmərlə olan o qəribə, bitmək bilməyən daxili savaşı oxucunu bir nöqtədən sonra tamamilə özünə çəkir. ​Kitabın sonu isə mənim üçün tam bir sarsıntı oldu. O qədər "getmə" deməyimizə baxmayaraq, o qatarın Biləcəri stansiyasından yola düşməsi sadəcə bir ayrılıq deyil, bir insanın bu dünyaya olan sonuncu etirazı idi. ​"İçindən qatar keçən roman" ifadəsi boşuna deyilmiş. Kitabı bitirəndə sanki o qatar sənin də ruhundan keçib gedir. İlqar Rəsul bizə göstərdi ki, bəzən ən böyük gedişlər səssiz-səmirsiz, heç kimə xəbər etmədən baş verir.
Getməİlqar Rəsul · Qanun Nesriyyati · 201831 okunma
·
61 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.