"Ən yaxşı kitab sənin qəlbini vərəqləyən kitabdır" demişdi, Əbu Turxan. Sevdiyim kitablar sırasına bir kitab da əlavə edildi. Bir dostumun tövsiyyəsi ilə zövqlə oxudugum, hər kəsin sətirlər arasında mütləq özü haqqında çox şey tapacağı kitab oldu. Bu, çox dəyərli hissdir. Bəzən bir kitab, bir obraz insana özünü daha yaxşı başa düşməyə kömək edir. Elə bil ki, tək deyilsən, sənin düşündüklərini, hiss etdiklərini anlayan biri var.
Bir dagınıq kitab rəfi kimi təsəvvür edilsə düşüncələr, Getmə'ni oxuduqca hər kitab öz yerini tapdı bu rəfdə.. "Getmə" - insanın daxili dünyasını, hisslərini, həyatın sərt reallıqlarını dərinliklə əks etdirir. Kitabda sevgi, itkilər, insan münasibətləri və həyatın mənası üzərində düşündürən çox güclü fikirlər var. Belə kitablar insanı dərin düşüncələrə aparır, bəzən gözlərimizi gerçəyə daha açıq şəkildə baxmağa vadar edir.
Müəllif insan talelərinin çətinliklərini, həyatın gözlənilməz üzünü çox təsirli şəkildə qələmə alıb. Xüsusilə, Həmidin dünyaya baxışı bunu açıq göstərir..
Həmidin öz içində apardığı mübarizə romanın əsas xəttini təşkil edir. O, həm insanları, həm özünü, həm də həyatı dərk etməyə çalışır.. Onun yaşadıqları, hiss etdikləri çox real və dərin idi. Elə bir obrazdır ki, insanın qəlbinə toxunur. O, insanların dərdini öz üzərinə götürən, başqalarının acısını içində daşıyan biridir. Onun dünyaya baxışı reallığın soyuqluğunu açıq şəkildə göstərir. O, sevgi və həyat haqqında çox düşündüyü üçün bəzən ağır emosional yüklənmə yaşayır. Həmidin ən güclü cəhəti onun həqiqət axtarışıdır.. Romanda olan Əsmər obrazı isə, Həmidin həyatında xüsusi yer tutur. Əsmər obrazı. O, sadəcə bir qadın obrazı deyil, həm də Həmidin içindəki duyğuların, keçmişin və arzuların bir simvoludur. O,Həmid üçün həm sevginin, həm də ağrının təcəssümüdür.
Getmək fikri