Hüseyn Cavidin “Ana” əsəri Dağıstan həyatı ilə bağlıdır. Əsərin baş obrazı Səlma ana mərd, qürurlu bir qadındır. Oğlu Qanpolad İsmət adlı çərkəz qızı ilə nişanlıdır. Amma İsməti Orxan adlı bir oğlan da sevir və onları ayırıb özünə həmdəm etmək istəyir. İsmət isə məhəbbətindən dönmür. Orxanın təkidi ilə Qanpoladı öldürən Murad Səlma ananın evində gizlənir. Səlma ana onu qonaqpərvərliklə qarşılayır. Oğlunun qatili olduğunu biləndə isə intiqam hissi baş qaldırır. Amma xalqın adət-ənənəsinə görə evə sığınan qonağa hörmətsizlik edilmir. Ananın mərhəmət hissi intiqam hissinə qalib gəlir.