Gönderi

8/10
·135 syf.··
Beğendi
·
2026 4. kitabı
Abdo Vazen - Havanın rəngini görən uşaq Kitab 13 yaşlı gözdən əlil Basimin həyatından bəhs edir. Basim görə biləməyi ubatından adi məktəbə gedə bilmir. Odur ki on üç yaşında Beyrutda yerləşən Gözdən Əlillər İnstitutuna getmək üçün kəndini tərk edir. Orada o, Brayl əlifbasını öyrənir və özündə bilmədiyi istedadları kəşf edir. Kompyuterdə yazmağı öyrənir. Kitabxanaçı qıza kitabları Brayl əlifbasında yazmağa kömək edir.Özündən balaca siniflərə ərəb dili dərsi keçir. Basim oxumaq və yazmaq bacarığını inkişaf etdirmək üçün hər gün səylə çalışır. Çox arzu edir , çox çalışır. Ailəsi üçün darıxır. Əmisiqızı Zeynəb üçün çox darıxır.Uşaq vaxtından ona kitablar oxuyan Zeynəb ilə Basim yaşıddır.Basim onu uşaqlıqdan sevir. Zeynəb mərhəmətli, çalışqan qızdır. Yazar əsərin sonunda Basimlə Zeynəbin sonluğunu oxucu təxəyyülünə buraxır.”Bir gün gələcək Zeynəbin gözləri mənim gözlərim olacaq..Bir gün gələcək hamı onu sevdiyimi öyrənəcəkdir…” Basim özünə məktəbə gələndə uğur qazanacağına, çalışacağına söz verir. Çox çalışır və istədiyi nailiyyəti əldə edir. Nəhayət Basim Təhsil Nazirliyinin keçirdiyi müsabiqəyə qatılır. Yarışda Basimi digər iştirakçılardan fərqləndirən əsas cəhət görmə qabiliyyətinin olmaması olur. Lakin bu fiziki məhdudiyyətinə rəğmən, o, birinci yerə çıxır. Bundan sonra Basim təhsil aldığı instituta işə qəbul edilir. Əsəri oxuduqca nə qədər şeylərin bizim üçün çox adi olduğunu gördüm.Gözdən əlil uşağın “Hava nə rəngdədir?”- sualı məni düşündürdü.Görəsən heç görməyən birinə havanın rəngini izah edə bilərəmmi? Əlimizdə olanlar, bizə verilənlər üçün şükür etdim. 2012-ci ildə bu əsər uşaq ədəbiyyatı üzrə Şeyx Zayed kitab mükafatının qalibi olub. Qədim Qala nəşriyyatı P.S. Kitabla qalın,Ümidinizi itirməyin, Allah sizi bir yola çıxarıbsa o yolun sonunu özü görüb.Qorxmayın, arzulayın, addımlayın sonunda mükafatınızı alacaqsınız.Bir də çalışın ürəkdən, qəlbdən, mərhəmətdən əlil olmayın.
Havanın Rəngini Görən UşaqAbdo Wazen · Qədim Qala · 2024105 okunma
·
7 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.