11 il fərqlə yenidən
10/10
·480 syf.··
Beğendi
·
2026 41. kitabı
·
3 günde okudu
·
Okunma: 07 Nisan 2026 00:00
Bir kitab daha… 2026-cı ilin 26-cı və Aprel ayının ikinci kitabı… Bu kitabı ilk dəfə tam 11 il əvvəl almışdım. O zaman oxuyanda hisslərim tam fərqli idi, bəlkə də həyata daha optimist baxırdım. Bu gün kitabı yenidən bitirdim və anladım ki, illər keçdikcə insanın ağrıya, sevgiyə və seçimlərə baxışı necə dəyişirmiş... Hələ ki, filmini izləməmişəm, amma kitab bitdiyinə görə ən qısa zamanda Lou və Will-in hekayəsini ekranda da görməyi planlaşdırıram, xəyalımda canlandırdığım obrazlar filmdəki ilə üst-üstə düşəcəkmi? 11 il əvvəl sadəcə imkansız bir eşq hekayəsi kimi baxdığım və sonuna görə qəzəbləndiyim bu əsər, indi mənə daha dərin mənalar ifadə edir. Artıq anlayıram ki, bu kitab sadəcə sevgi haqqında deyil, bir insanın öz həyatı üzərindəki seçimləri və o seçimlərə hörmət etmək məsuliyyəti haqqındadır. Louisa Clark və Will Traynor arasındakı o təzadlı, amma möhkəm bağ hər iki oxunuşumda da qəlbimi sızlatdı. Lou rəngarəng dünyası ilə dar bir çərçivədə xoşbəxt olmağa çalışarkən, Will bir kresloya məhkum qalmış ruhu yaralı bir adamdır. Will-in Lou-ya dediyi "Yaxşı yaşa. Sadəcə yaşa," sözü bu dəfə qəlbimə daha dərindən toxundu. Sevginin hər şeyi sağaltmağa gücünün yetmədiyi o acı reallığı qəbul etmək bu dəfə daha çətin imiş... Müəllif bizi elə bir etik dilemma qarşısında qoyur ki, insan həm Will-ə haqq verir, həm də gedişi ilə barışa bilmir. İllər sonra Lou-nun öz qabığından çıxışını yenidən izləmək mənə də öz potensialımı xatırlatdı. Bu kitab mənə bir daha öyrətdi ki, həyat bizə verilmiş bir hədiyyədir və biz onu başqaları üçün deyil, öz arzularımız üçün yaşamalıyıq. Göz yaşlarıma hakim ola bilmədiyim, amma oxuduğum üçün çox xoşbəxt olduğum bir təcrübə idi. Mütləq oxuyun!
Senden Önce BenJojo Moyes · Pegasus Yayınları · 201333,1bin okunma
4 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.