·112 syf.····Okunma: 11 Nisan 2026 08:33 Əsəri oxuduqca məndə belə bir fikir formalaşdı: fərqli düşünən və daha yüksəyə can atan insanlar ətrafdakılar tərəfindən çox vaxt ya anlaşılmır, ya da həddindən artıq ucaldılır.
Sanki insan bir az sərhədləri aşan kimi artıq “adi” çərçivəyə sığmır. Bu isə digərlərində narahatlıq yaradır. Amma eyni zamanda belə fərqlilik bəzi insanlar üçün ilhamverici görünür.
Məncə, əsər insanın öz yolunu seçməsi və bu yolun hər kəs tərəfindən eyni cür qarşılanmaması haqqında düşündürür.