Kitabın ortasına qədər maraqlı əsərdir, oxunaqlıdır, amma sonunu təxmin edə bilirəm deyə düşünürdüm. Amma kitabın cümlələrindən biri ilə desək, "beynimə bir şillə kimi dəydi" sonrakı hissələr, hətta əlavə edim ruhuma da bir şillə çəkmiş oldu. Onun ağrısı ilə yazıram bunu. Amma şükür edirəm, nə yaxşı ki o ağrını həm ruhumda, həm zehnimdə hiss edə bilənlərdənəm. Başqa heç bir şərhə ehtiyac yoxdur. Yazıçıya bu gözəl əsərə görə təşəkkür edirəm. Elçin Əzimli