Puan vermedi·176 syf.··
2026 8. kitabı
·
6 günde okudu
·
Okunma: 11 Nisan 2026 18:23
Səssiz üsyan.   Anar "Ağ Liman"   Yuxu ilə başlayıb, yuxu ilə bitən bu Povest düşündürücü idi. Məhşur "Beşmərtəbəli evin, altıncı mərtəbəsi " romanın girişidir, obrazlar ilə tanışlıqdır. Obrazların hər birinin öz daxili boşluqları vardı, hər şeyin qıraqdan göründüyü kimi olmadığını göstərir Povest. Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsi olan ailə-məişət mövzularına azacıq fəlsəfi toxunuş etməyə çalışıb Anar. Məncə, Povestin əsas gücü də elə buradadır  böyük hadisələr baş vermir, amma insanın içində böyük qırılmalar yaşanır. “Ağ liman” burada sadəcə məkan deyil. O, bir simvoldur insanın çatmaq istədiyi sakitlik, sığınacaq, bəlkə də heç vaxt əldə edə bilmədiyi daxili harmoniya. Povest bəzən sıxıcı gəlir, bəzən isə düşündürücü. Bu da onun ritmindən yox, daha çox həyatın özündən qaynaqlanır , çünki real həyat da eyni ilə belədir: Monoton, amma dərin. Məmməd Nəsir, Səfdər baba obrazlarına daha da rəğbət bəslədim. Məmməd Nəsir içki aludəçisi olsada, söylədiyi nitqlər fövqalədə idi. Onun simasında sanki cəmiyyətin kənarında qalmış, amma həqiqəti daha aydın görən bir insan var. Biz ətrafımızda daimi olan insanları nə qədər tanıyırıq, dərdlərinə nə qədər şərik oluruq...?! Bəzən insan adi bir telefon ilə danışmağada həsrət qalır. Heç düşünmüsünüzmü, biz insanlar eyni məkanda yaşayıb, fərqli dünyalarda tənha qalanlarıq...?! Xüsusilə "Yadlıq  Yüzilliyində" daha da yadlaşırıq. Hər kəs öz "Ağ Limanı"nı axtarır, amma kim çatıb o limana...?! Bəlkədə çatan var, nə xoş halına. "Fight Club" filmindən bir sitatı anımsadım. "Sahib olduqların sonda sənə sahib olur"... Bəlkə də problem elə bundadır  biz “liman” axtarırıq, amma özümüzü yükə çevirən şeylərdən qopa bilmirik. Oxuyun, oxutdurun kitabla qalın əziz insanlar...
Ağ LimanAnar Rızayev · Qanun Nəşriyyatı · 0431 okunma
·
54 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.