Gönderi

8/10
·616 syf.··
Beğendi
·
2026 5. kitabı
·
1648 günde okudu
·
Okunma: 13 Nisan 2026 14:13
Bu kitabı masa arxasında oturaraq təhlil edib fikirlərimi yazıya çevirməkdə heç bir problem görmürəm. Amma məsələyə fərqli prizmadan baxsam necə? Məsələn, bədənimin və nəsillər boyu keçdiyi təkamül nəticəsində əldə etdiyim fiziki xüsusiyyətlər məhz bu cür fəaliyyətlər - masa arxasında rahat oturub barmaqlarımla yazmaq və düşünmək üçünmü formalaşıb? Əgər belədirsə, niyə bu şəkildə davam etmək və fiziki aktivlikdən uzaq qalmaq məni bir müddət sonra xəstə edə bilir? Yoxsa bədənim milyonlarla il əvvəlki həyat şəraitinə uyğunlaşmış formadadır və müasir həyat tərzi ilə tam uyğun gəlmir? Bu kitabı ilk gördükdə diqqətimi çəkən şeylərdən biri onun özündə 3 anlayışı birgə şəkildə əlaqələndirməsi oldu: sağlamlıq, xəstəlik və təkamül. Bunları ayrı-ayrılıqda oxumaq üçün kifayət qədər maraqlı və bir o qədər də faydalı kitablar var. Ancaq üç anlayışı birlikdə gözdən keçirmək daha fərqli baxış bucağı yaradır. Mənim oxuduğum kitablar arasında Daniel E. Lieberman -ın əsəri xüsusi yer tutur. Prof Liebermanın etdiyi də məhz budur: xəstəlik və sağlamlığımıza təkamül perspektivindən baxmaq. Bu məqamda Theodosius Dobzhansky-nin məşhur ifadəsi yada düşür: “Təkamülün işığı olmadan biologiyada heç bir şeyin anlamı yoxdur”. Həm də hadisələrə 6 milyon il əvvəldən baxmaq bu kitabı anlamaq üçün çox önəmlidir. Yazar insanın insana bənzər primatlardan bu yana keçdiyi təkamül prosesini, dəyişən mühitə uyğunlaşaraq formalaşan fiziki xüsusiyyətlərimizi (necə ikiayaqlı olduğumuzu, beynimizin və qida rasionumuzun dəyişməsini və s.) hamısını ələ almağa çalışır. Və keçmişdən bu günə doğru izah edə-edə gəldikdən sonra artıq sənaye inqilabına və oradan da günümüzə qədər ətraf mühitdə baş verən dəyişiklikləri və bizim vücudlarımızın bundan necə təsirləndiyini izah edir. Elə “İnsan vücudunun hekayəsi” adının da haqqını vermiş olur. Bioloq müasir dövrdə üzləşdiyimiz xəstəlikləri (diabet, ürək-damar sistemi xəstəlikləri, artıq çəki, bəzi xərçəng növləri, qaraciyər piylənməsi, sümük əriməsi, bel ağrısı, miyopi və s.) “uyğunsuzluq xəstəlikləri” adlandırır. Yəni paleolit dövrünə uyğunlaşmış bədənimizin sənaye inqilabından sonra yaranan dəyişikliklərə və rahatlığa adaptasiya olmaqda çətinlik çəkdiyini bildirir. İlk əcdadlarımız yüksək kalorili qida tapmaq üçün xeyli enerji sərf edirdilər, amma indi biz 1500–2000 kalorilik qidanı demək olar ki, heç bir enerji sərf etmədən, hətda bir zənglə qısa zamanda əldə edirik. Və bu cür davam edən həyat tərzi bizi tədricən bir çox uyğunsuzluq xəstəliklərinə qarşı müdafiəsiz qoyur. Lieberman bu kimi məsələləri çox gözəl şəkildə izah edir. Hətta ən əsası bizə xatırladır ki, günümüzdə bu tip xəstəliklərin çoxunun simptomlarını rahatlıqla müalicə edə bilirik, amma bununla kifayətlənməməliyik və tam ağırlaşmadan bu xəstəliklərin kökünə enərək (məsələn, təkamül prizmasından baxaraq) onların qarşısını alma yollarını tapmalıyıq. Kitabın sonunda da bununla bağlı öz alternativlərini təqdim edir(bəziləri bizə mürəkkəb görünə bilər). Düşünürəm ki, mövzuya marağı olan hər kəs bu fərqli yola çıxıb insan vücuduna və xəstəliklərə bir də bu baxış bucağından baxmalıdır.
Alıntı
İnsan Vücudunun ÖyküsüDaniel E. Lieberman · Say Yayınları · 2015199 okunma
·
1 +1'leme
·
33 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.