Gönderi

If i have one million dollars...
10/10
·200 syf.··
Beğendi
·
2026 4. kitabı
Bir milyon dollarım olsaydı... Bununla belə Qaraqanın yazdığı kitabları oxuyub bitirmiş oldum. Kitabı oxuyarkən müxtəlif , qarışıq hislər keçirdim. Düşünürəm ki , ən çox məyusluq və yazıqlıq hissi keçirdim, bu dünyanın əzilməyə məhkum olan yaxşı insanlarına və milyon dollarlıq mükafata layiq olan yalan insanlarına... Dərin təsir bağışladı bu kitab mənə... Artıq Qaraqan da qayıtdığına görə yeni -yeni , düşüncələrimizin beynimizi dəlib kainata sığmamasına səbəb olan kitablar yazması ümidi ilə...Düşünün ki, "işdən evə qayıdanda yolunuz bir tikinti sahəsinin yanından düşür. Orada təsadüfən bir qara çamadan tapırsınız". İçində bir milyon dollar... Kitabın baş qəhrəmanı da bu situasiyaya düşür. Birdən-birə bir milyon dollar tapmış 40 yaşlı Kərəm üçün əvvəl hər şey yaxşı gedir. Sonra pulun çoxluğu ucbatından stres keçirir, halüsinasiyalar görür, paranoik xəstəyə çevrilir. Deməli, böyük məbləğdə pul heç də həmişə xoşbəxtlik demək deyilmiş... Kitabın dili axıcı və müasir üslubdadır. Ümumiyyətlə, Qaraqanın kitablarını dilinin müasirliyinə və psixoloji təsirinə görə sevirəm. Baş qəhrəmanın və onun ailəsinin keçirdiyi iztirablar elə təsvir edilir ki, oxuyarkən özümü onların yerində hiss etdim. Bir sözlə, kitabı bəyəndim. Oxumağınızı tövsiyə edirəm. Xoş mütaliələr!
Bir Milyon Dollarım OlsaydıQaraqan · Qanun Nəşriyyatı · 20231,490 okunma
·
67 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.