Gönderi

10/10
·448 syf.··
Beğendi
·
2026 19. kitabı
·
29 günde okudu
·
Okunma: 16 Nisan 2026 14:30
Həyatla bağlı elə suallar var ki, illərlə insanın içində qalır. Cavabını tapanda isə rahatlamırsan — daha dərin bir boşluğa düşürsən. Kinyas ve Kayra məhz bunu edir: cavab verir… amma sakitləşdirmir, silkələyir. Oxuyanda hiss edirsən ki, kimsə sənin deyə bilmədiyin fikirləri sənin yerinə qurur. Bir yoldaş tapırsan — səni anlayan, amma səni xilas etməyən bir yoldaş. Kinyas və Kayra obraz deyil. Onlar insanın içində gizlənən qaranlığın açıq formasıdır. Onları dünya məhv etmir — onlar özlərini məhv edir. Və bu, daha qorxuludur. Çünki bu seçimdir. Bir nöqtədən sonra seçim qalır: – ya hər gün bir az daha ölmək – ya da yaşadığını hiss edib, həyatı gec də olsa sevmək Sözlər hər şey edə bilər: sevgi də yaradar, insanı məhv də edər. Amma eyni zamanda heç nə ifadə etməyə də bilər. Dünya bu paradoksun üzərində qurulub. Bəlkə də ünsiyyət sadəcə özümüzü aldatmaqdır. Və xoşbəxtlik… bəlkə də düşündüyümüz qədər böyük deyil. Amma onun yoxluğu — insanı məhv etməyə kifayətdir
Kinyas ve KayraHakan Günday · Doğan Kitap · 201835,3bin okunma
·
8 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.