·524 syf.··Beğendi
···Okunma: 16 Nisan 2026 23:13 · Kitabı bağladım və sanki uzun bir yolu getmişdim, amma heç yerə çatmamışdım. Kitabda hər şey var idi. Xatirələr, əşyalar hətta "sevgi" adlandırılan bir hiss. Amma yenə də heç nə yox idi.
Oxuduqca dərk edirdim ki, bəzi hekayələr irəliləmir, sadəcə təkrarlanır. Eyni cümlə, eyni baxış, eyni ağrı. Bu təkrarda bir həqiqət gizlənməlidir deyə düşünüb, kitaba amansızca davam edirdim. Amma sonra başa düşdüm ki, burada, həqiqət yoxdur, sadəcə vərdiş var. İnsan öz hisslərinə alışır və onları yaşamaq yerinə, təkrar etməyə başlayır.
Sevgi deyirlər. Amma mən orada daha çox yapışmaq(obsessiya) gördüm. Bir insanın keçmişə sancılıb qalmasını. Əşyaların insanın yerini tutmasını. Eləbil həyat yaşanmaq üçün yox, saxlanmaq üçün idi.
Məni ən çox narahat edən hissə, əslində boşluq oldu. Yəni hadisələrin yoxluğu yox, mənanın yoxluğu. Oxuduqca gözlədim ki, aha nəsə dəyişəcək. Amma heç nə dəyişmədi. Bəzi həyatlarda dəyişəcək heç nə olmur.
Kitab bitdi. Amma hekayə yox. Çünki o heç başlamamışdı.