Gönderi

Maskalarımız, divarlarımız və Jane Austen..
9/10
·440 syf.··
2026 6. kitabı
​Bəzi kitablar var ki, bitirdikdən sonra onu dərhal rəfə qoya bilmirsən. Saatlarla əlində tutub divara baxırsan, içindəki o personajlarla sağollaşmaq sənə ağır gəlir. "Qürur və qərəz" mənim üçün məhz belə bir təcrübə oldu. ​Bu günlərdə hamımız sanki bir maska taxırıq, qürur maskası. Özümüzü qorumaq üçün divarlar hörürük, insanları mühakimə edirik, amma Austen mənə göstərdi ki, o divarların arxasında əslində çox incə və anlaşılmağa möhtac bir ruh gizlənir. Elizabethin o dikbaşlığı, heç kimə əyilməyən ruhu əslində özünə olan hörməti idi. Darcynin o soyuq və təkəbbürlü duruşu isə əslində özünü ifadə edə bilməyən, qəlbi sevgi ilə dolu bir adamın sığınacağı imiş. ​Məni ən çox sarsıdan nə oldu, bilirsinizmi? İki insanın bir-birini tanıması üçün əvvəlcə özlərini tanımalı olduqları həqiqəti. Elizabeth öz səhv mühakimələrini (qərəzini) qəbul edəndə, Darcy isə öz ailə və cəmiyyət təkəbbürünü (qürurunu) qurban verəndə əsl möcüzə baş verdi. ​Bu kitabı oxuyarkən həm ağrıdım, həm gülümsədim, həm də dəfələrlə öz həyatımı sorğuladım: "Görəsən mən kimə qarşı qərəzliyəm? Hansı qürurum məni həqiqi xoşbəxtlikdən uzaq tutur?" Bu hekayə sadəcə 1800-cü illərin İngiltərəsinə aid deyil. Bu, bu günün, sabahın, hər birimizin hekayəsidir. Sevmək üçün cəsarət, dəyişmək üçün isə böyük bir qəlb lazımdır. ​Kitabda çox gözəl dialoqlar var, amma bir etiraf var ki, orada zaman dayanır. Darcy-nin bütün o soyuq divarlarını söküb atdığı, ruhunu çılpaqlığı ilə ortaya qoyduğu o an: "Əbəs yerə mübarizə apardım. Faydası yoxdur. Hisslərimi boğa bilmirəm. Sizi nə qədər çox sevdiyimi və sizə necə ehtirasla bağlandığımı deməyə icazə verin" ​Balaca bir qeyd: Əgər bu kitabın buraxdığı o "klassik və zərif" dadı sevdinizsə, Charlotte Brontë-nin "Ceyn Eyr" əsərini də mütləq oxumağınızı tövsiyə edərdim. Orada da bənzər bir ruh müstəqilliyi və dərin, sarsılmaz bir bağlılıq var
1000Kitap
Qürur və QərəzJane Austen · Parlaq İmzalar · 097,8bin okunma
·
49 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.