Bəzi kitablar var ki, bitirdikdən sonra onu dərhal rəfə qoya bilmirsən. Saatlarla əlində tutub divara baxırsan, içindəki o personajlarla sağollaşmaq sənə ağır gəlir. "Qürur və qərəz" mənim üçün məhz belə bir təcrübə oldu.
Bu günlərdə hamımız sanki bir maska taxırıq, qürur maskası. Özümüzü qorumaq üçün divarlar hörürük, insanları mühakimə edirik, amma Austen mənə göstərdi ki, o divarların arxasında əslində çox incə və anlaşılmağa möhtac bir ruh gizlənir. Elizabethin o dikbaşlığı, heç kimə əyilməyən ruhu əslində özünə olan hörməti idi. Darcynin o soyuq və təkəbbürlü duruşu isə əslində özünü ifadə edə bilməyən, qəlbi sevgi ilə dolu bir adamın sığınacağı imiş.
Məni ən çox sarsıdan nə oldu, bilirsinizmi? İki insanın bir-birini tanıması üçün əvvəlcə özlərini tanımalı olduqları həqiqəti. Elizabeth öz səhv mühakimələrini (qərəzini) qəbul edəndə, Darcy isə öz ailə və cəmiyyət təkəbbürünü (qürurunu) qurban verəndə əsl möcüzə baş verdi.
Bu kitabı oxuyarkən həm ağrıdım, həm gülümsədim, həm də dəfələrlə öz həyatımı sorğuladım: "Görəsən mən kimə qarşı qərəzliyəm? Hansı qürurum məni həqiqi xoşbəxtlikdən uzaq tutur?" Bu hekayə sadəcə 1800-cü illərin İngiltərəsinə aid deyil. Bu, bu günün, sabahın, hər birimizin hekayəsidir. Sevmək üçün cəsarət, dəyişmək üçün isə böyük bir qəlb lazımdır.
Kitabda çox gözəl dialoqlar var, amma bir etiraf var ki, orada zaman dayanır. Darcy-nin bütün o soyuq divarlarını söküb atdığı, ruhunu çılpaqlığı ilə ortaya qoyduğu o an:
"Əbəs yerə mübarizə apardım. Faydası yoxdur. Hisslərimi boğa bilmirəm. Sizi nə qədər çox sevdiyimi və sizə necə ehtirasla bağlandığımı deməyə icazə verin"
Balaca bir qeyd:
Əgər bu kitabın buraxdığı o "klassik və zərif" dadı sevdinizsə, Charlotte Brontë-nin "Ceyn Eyr" əsərini də mütləq oxumağınızı tövsiyə edərdim. Orada da bənzər