Gönderi

10/10
·430 syf.··
Beğendi
·
2026 12. kitabı
__"Bu kentin ne çatılarını ışıldatan ayları sayabilirsin, Ne de duvarlarının gerisine gizlenen bin muhteşem güneşi" __ Kitab adını Saib-i Təbrizinin şeirindən alıb. Oxuduğum an rəy yazmaq istədim o qədər təsiredəci bir kitabdır ki... Kitab müharibənin o darmadağınediciliyi insanların həyatından onlarca il alabilməsi. Kitab Məryəmin hekayəsiylə başlayır, ilk dəfə 5 yaşında harami sözünü eşitməsiylə - anası evlərində qulluqçu olmuş Nana və varlı Cəlilin nikahdankənar qızı olaraq. Heratın Gül Daman bölgəsində böyüyür. Kitabın ən vacib hissələrindən biri məhz Nananın qurduğu cümlələr idi qəzəbini həm qızından çıxardır həmdə qızı həyatda tək sevdiyi şey idi amma Məryəm atasına qanıb anasını tərk edir, atası tərəfindən içəri alınmayan Məryəm evə qayıdır və evdə özünü *smış anasını görür. Bundan sonra onun həyatı tam kökündən dəyişir atasının evində çox qalmır, 15 yaşındakı Məryəm 45 yaşında Rəşidlə evləndirilir, oxuyanda elə bir ehtimal ümid etmişdim ki yaxşı insan olsun ama tam əksi Məryəm həyatının sonuna kimi onunla yaşadı əzab-əziyyətlə sonra kitaba Leyla girdi ailəsi daha müasir olduğu üçün, uşaqlıq eşqi olduğu üçün necə bədbəxt olacağını bilmirdim, 14 yaşında evləri partladılana qədər anası atası ölür özü isə yaralı olduğu üçün Məryəmgildə qalmağa başlayır yəni kitabda kı ehtimallar məni o qədər boğur ki, əgər Məryəm atasının yanına getməsəydi, əgər Leylanın anası Kabildən daha tez ayrılmağı qəbul etsəydi... Rəşid o qədər iyrənc insandır Leylaya uşaqlıq eşqi Tarıkın öldüyünü deyirlər amma təəssüf spoiler sayəsində bunu bilib oxudum. Leyla məcbur onunla evlənir səbəblərdən biriysə Tarıkdan hamilə olması Rəşid kitabın sonunda bunu necə başa düşdü mənə hələdə çatmır. Qızları olur Azize (Tarıkın qızı) Leyla həm ilk analığı həmdə Tarıkın uşağı olduğuna görə ona heyranlıq duyur Rəşid isə heç fikir vermir. Məryəmlə uşaq olduqdan sonra yaxınlaşırlar və o hər gecə içilən halvayla çay Evdən qaçanda onu geri yollamaları? Birdə deyirlər ailə işinə qarışmırıqq Taliban gələndən sonra hərşey tamamilə məhv olur onsuz bir uşağıda olur Leylanın bu dəfə oğlan amma qadınlara heyvanla bərabər dəyər verirlər qadın xəstəxanasında heç nə yoxdur və Leyla qarnı kəsilərək narkozsuz doğum eləyirr yəni necə dözdü bilmirəm Zalmay olur Rəşid onu çox sevir bütün pulu ona xərcləyir yəni mən uşağa çox əsəb olmuşdum birdə yeməkdə oturub atasına durduq yerə deyir anamın dostu gəlib üstünə yenə qarışıb deyir başını açıb onun yanında??? Balaca uşaqıydı 5 yaşında amma atan hərgün ananı döyürsə bunu başa düşərsəndə. Yenə də günahı heç vaxt balaca uşaqda axtarmaq olmaz əsl günahlarlar sistemdəkilərdir uşaq elədiyindən tez peşman olur yenədə gecdi Rəşid Leylayı boğanda Məryəm dayanabilməyib onu öldürdü mən heç istəmirdim amma Məryəm polislərə hərşeyi deməyə gedəndə Leylayla Məryəmin son görüşləriydi yazması Hərkəs o qədər tərəfliydi ki vəkil deyir "səni bağışlayabilərəm amma Allah mənə deməz mi bağışlamaq sənə məxsus deyil" hə ona görə də öldürt. Bir insanın ölüm əmri sənə məxsusdur o zaman?? Məryəmin öləndə son düşündükləri ağlatdı.. Məryəm kaş qocalabilərdin.. kaş Leylanın səsini yenə eşidər.. Azizenin uşaqlarını, toyunu görəbilərdin.. Leyla ondan sonra Tarıkla evlənir çox xoşbəxt olurlar Ieyla Molla Feyzullahı tapmağa Herata gedəndə atasından olan məktub o qədər təsirediciydi ki birdə həmişə danışdığı kinoteatra heç vaxt Məryəmi aparmaması və indi ona Pinokyo filmini verməsi.. Leylanın, Tarıkın və uşaqların ömürlük xoşbəxt olduqlarına inanıram 2021 də bu Taliban yenidən gəlib deyəsən, araşdıraram
Bin Muhteşem GüneşKhaled Hosseini · Everest Yayınları · 2026119,3bin okunma
23 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.