Puan vermedi·200 syf.····Okunma: 17 Nisan 2026 08:45 Yaxşı və Pisin Birləşməsi.
Herman Hesse "Demian"
Çox güman ki, hər biriniz həyatınızda bir dəfə də olsa, "Mən Kiməm" sualı ilə baş-başa qalıb, yuxusuz gecələr keçirmisiniz.
Əgər həyatınızın bu dönəmindəsinizsə, bu kitab ya sizi məhv edəcək, ya da qurtuluş simvolunuz olacaq.
Hər sətrindən zövq aldım kitabın, oxuduqca heç bitməsini istəmirdim.
Kitab gnostizm və sembolizm ilə zəngindir, biraz yorucu ola bilir bu qisimləri.
Kitabın mistik aurası, dini söhbətlər sanki ,yaz yağışı abu-havasını yaşadır insana.
Hətta xristianlıq haqqında bilmədiklərimi də öyrəndim.
Sizə "Bab'Aziz" filmini də izləməyinizi tövsiyə edirəm, kitabla bir bütünlük təşkil edəcək.
Biz öz dünyamızı dağıtmadan, konfor zonamızdan çıxmağa cəsarət etmədən nə dərəcədə "Özümüz" ola bilərik...?!
Hər birimiz yaxşı yönlərimiz ilə övünürük, bəs pis yönlərimizi qəbul etməyə cəsarətimiz varmı...?!
İçimizdə gizlətdiklərimiz ilə üzləşməyə qorxuruq.
Əslində isə məsələ heç bir zaman "Yaxşı insan" olmaq deyildi, məsələ bütöv insan olmaqdır.
Mövlana da öz çərçivəsində yaşayan insan idi, Şəms Təbrizi ilə qarşılaşmaşı bu çərçivəni qırdı. Öz "Mən"ini tapdı.
Kitabın qəhrəmanı Sinclairdə Demian ilə qarşılaşıb özünü tapdı.
Bəzən həyatımıza girən insanlar bizi parçalayır, amma bu parçalanmadan bütöv "mən"lik doğulur.
"Bab'Aziz" filmində belə bir sitat vardı:
" Hər kəs yolunu tapmaq üçün, ona bəxş edilən ən dəyərli istedadını istifadə edir"
Çalışın bu istedadınız qaranlıq ilə üzləşmə gücünüz olsun.
Kitabda belə bir sitat var idi:
"Əgər bəşəriyyət məhv olsaydı və yer üzündə yaşamağa qabil bircə uşaq qalsaydı belə ,hansına
ki ,heç vaxt heç nə öyrətməyiblər - o, yenidən Allahları, şeytanları, cəhənnəmi, nəsihətləri və qadağaları, köhnə və
yeni 'İncil'i, qətiyyətlə hər şeyi yaradardı."
İnsan heç bir zaman xaricdən öyrədilən bir varlıq olmadi.
Carl Yung'un "Kollektiv Şüuarltı" anlayışına uyğun olaraq. Insanın içində bəzi simvollar, anlayışlar arxitep kimi mövcuddur, əslində yaradılışımız belədir.
İnsan öz yaradılışından qaça bilməz, biz həmdə yaradan varlıqlarıq.
Kitabla qalın əziz dostlar.