Gönderi

Kök saldı, budaqlandı, çiçək açdı, açdırdı..
9/10
·344 syf.··
2026 11. kitabı
·
28 saatte okudu
·
Okunma: 24 Nisan 2026 21:38
Bir insan, bir qadın nə qədər güclü ola bilər deyə düşünəndə ağlıma saysız ehtimal gəlir. Lakin həm güclü olub, həm də bu qədər çətinliyə rəğmən heç durmadan irəliləyə bilmək, olmaq istədiyin insan olana kimi hər kəsi — ailəni, qohumlarını, tanımadığın insanları qarşına alacaq iradəyə sahib olmaq ağılasığmazdır. Kiçik bir qızın çiyinlərinin qaldıracağı ən ağır yük məktəbli çantası olmalı olduğu halda, Varis 13 yaşında o yorğun, bükülmüş çiyinlərinə dünyanı almışdı. Ayaqqabısız, cılız ayaqları ilə millərlə yol getmişdi — dəyişmək uğrunda, xəyal etdiyi qadın olmaq uğrunda… O, yalnızlığı iliklərinə qədər hiss edir, özü-özünü qucaqlayır; ümid etməyin nə olduğunu bilmədiyi halda ümid edir, çalışır, illərlə çalışır... Həyat hekayəsi belə başlayır: 12 uşaqlı bir ailədə, səhrada dünyaya göz açır. 5 yaşında, bir çox afrikalı qız uşağı kimi, qadın sünnətinə məruz qalır. Bu cümləni yazarkən, düşünərkən belə neçə hissi eyni anda keçirirəm; beş yaşındakı uşağın heç nəyi bilmədən, boş inanclar uğrunda buna məruz qalıb o acını çəkdiyi anı təsəvvür edə bilmirəm. Varis 13 yaşında atası tərəfindən beş dəvə qarşılığında yaşlı bir kişi ilə evlənməyə məcbur edilir. Bəlkə də həmin gün qaçmasaydı, özünü deyil də səhrada qoyub getməyə qıymadığı anasını seçsəydi, mən bu gün bunları yaza bilməyəcəkdim. O, yol bilmədən getməyi seçir. Hara getdiyinin bir mənası yoxdur, əsas odur ki, gedir. Bu yol çox uzun və ağrılı çəkir, lakin bacarır. Doğulduğu ailəyə, ölkəyə rəğmən bacarır. Bəzilərinin doğulduğu andan sahib olduğu hüquqlara Varis əlləriylə qazaraq sahib olur. İllər keçir, o kiçik qız uşağı dünyaca məşhur model, güclü qadın olub neçə-neçə afrikalı uşağa işıq olur... O, bunu etməyə də bilərdi, sakit axan həyatını yaşaya da bilərdi. Lakin o quraq torpaqda açan səhra çiçəyi kimi açaraq möcüzəyə çevrilməyi seçir. Varis Dirie tərəfindən qurulan "Səhra Çiçəyi" Fondu dünyada qadın sünnətinə qarşı mübarizə aparan əsas beynəlxalq təşkilatlardan biridir. Hələ də ilk gün olduğu kimi, mübarizə aparır, amma bu dəfə özü üçün yox, milyonlar üçün..
Edebiyat
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,6bin okunma
·
55 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.