·216 syf.····Okunma: 27 Nisan 2026 13:32 Kitab neandertalların son günlərini onların öz baxış bucağından təsvir edir və oxuduğum ən fərqli romanlardan biri oldu.
Lok və onun qrupu təbiətlə harmoniyada yaşayan, saf və dünyanı daha çox instinktiv şəkildə qavrayan Neandertallardır. Onların həyatı yeni bir insan növünün — Homo sapienslərin gəlişi ilə dəyişir. Daha ağıllı, amma daha soyuq və zorakı olan bu “yeni insanlar” onların dünyasını tədricən məhv edir.
Maraqlısı budur ki, roman sadəcə təkamül hekayəsi deyil — eyni zamanda insanlığın “itirilmiş günahsızlıq” hissi və dəyişən təbiəti haqqında dərin bir metaforadır. Ən sevdiyim məqam da məhz bu idi.