Kitaba o qədər bağlandım ki, bitirəndə necə bir yalnızlıq hiss etdim...
Bir insanın daxilində olan bütün hissləri və fikirləri öz çılpaqlığı ilə oxumaq, yaxşılıq və pisliyin əslində eyni olduğunu xatırlatdı. Pis düşüncə yoxdur və ya yaxşı da. Hər bir düşüncənin altından mənfi və ya müsbət fikirlər tapa bilərik. Məsələn birinin evlənməsinə sevindiyimiz kimi, onun ailədən köçməsi və sənin rahat bir otağa sahib olacağın düşüncəsi kimi.
Əsər, Filip adlı bir gəncin timsalında həyata necə saf və heç bir təcrübəsi olmadan başladığını və öz qəlbinin səsini dinləyərək, öz həyat yolunu qurması ilə başlayır.
Hər kəsin özünəməxsus fərqliliyi var və bu fərqlilik bizim həyatımızda müəyyən rol oynayır. Məsələn Filipin axsaq olması onun incəsənətə meyil, empatiya və əxlaqi dəyərlərini daha da artırmışdı. Dediyim kimi, bizim pis kimi gördüyümüz şeylərin daxilində də bir məna yatır.
Filipin həyat yolu boyu biz fərqli ölkələrdə, yerlərdə olsaq da, bir sualı özümüzə veririk. "Həyatın mənası nədir?" Hər kəs üçün həyatın fərqli mənaları var.
Əsərin bitirəndən sonra Filip üçün o qədər darıxıram ki..
Filip üçün həyatın mənasını oxuduğunuz zaman görəcəksiz. Xoş mütailələr.
Mən də sizdən soruşmaq istəyirəm. Sizcə həyatın mənası nədir? W. Somerset MaughamOf Human Bondage