·332 syf.····Okunma: 28 Nisan 2026 22:40 Tam anlamı ilə insanın sistemə qarşı mübarizəsinin bir labirint şəklində təsvir edildiyi bir əsər...
Əsərin gedişindəki bəzi hissələr qarışıq və sıxıcı kimi görünsə də, əslində o hissələrin əsərin sonluğuna təsir etdiyini anlayırsınız. K. - nın "günahkar" olmadığını hesab etdiyi ittihamın qarşısında yavaş - yavaş diz çökməsi, məhkəmə sisteminin dərinliyi çox gözəl şəkildə təsvir olunmuşdur. Sırf keşişlə K. arasında keçən dialoqa görə belə əsərin oxunmağa dəyər olduğunu düşünürəm.
Məni məyus edən tək məqam əsərin sonluğunun mənim gözümdə nisbətən yarım buraxılmış olmasıdır ki, Kafkanın özü üçün belə bu əsər ölümü səbəbindən yarıda qalmışdı.