Gönderi

5/10
·48 syf.··
2026 5. kitabı
·
6 günde okudu
·
Okunma: 27 Nisan 2026 13:00
Émile Zola – “Nasıl Ölünür” kitabı ilə təsadüfən Pinterest-də qarşılaşdım və adı mənə maraqlı gəldi. Bu səbəbdən oxumağa qərar verdim. Amma açığı, kitabı heç bəyənmədim. Ümumiyyətlə, deyəsən fransız ədəbiyyatı mənə uyğun deyil. Bu səbəbdən əvvəllər də bir neçə kitabı yarıda qoymuşdum (əksəriyyəti də fransız ədəbiyyatına aid idi). Kitab çox sadə dildə yazılıb və oxuyarkən insan nə həyəcan, nə sevinc, nə də başqa güclü hisslər yaşayır. Əsər 5 hekayədən ibarətdir və hər birinin sonu ölümlə bitir. Müəllif əsasən bu ölümlərin necə baş verdiyini təsvir edir. Hekayələr arasında mənə ən çox 4-cü hekayə təsir etdi. Amma onun da sonuna çatanda insan anlayır ki, ölüm əslində çox sadə bir hadisədir və tez unudulur - hətta ən yaxın insan tərəfindən belə.
Nasıl ÖlünürEmile Zola · Can Yayınları · 202024,3bin okunma
·
18 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.