·400 syf.····Okunma: 12 Nisan 2026 15:06 Həyat keyfiyyətimə təsir edən kitablar arasında ilk sıraya qoyduqlarımdan biri oldu. Əsasən də,mənim kimi yuxuyu bir zamanlar önəmsəməyən,vaxt itkisi olaraq görən birinin kifayət qədər qəbul olunmamış yuxunun insanın həyatına hansı fəlakətləri gətirə biləcəyi ilə üzləşmək kiçik bir şok təsiri yaratdı.Zaman hər birimiz üçün dəyərli və həqiqətən də bir o qədər sürətli axan, ancaq heç bir şəkildə əvəzləyə ya da geri qaytara bilməyəcəyimiz bir məfhumdur,bunun minimum 8 saatını yuxuya qurban vermək, dar bir pəncərədən baxanda mənasız və vaxt itkisi olaraq görünsə də, dərinə enib bu səkkiz saatda bədənimizdə və beynimizdə gedən prosesləri öyrəndikdə,yuxunun vaxt itkisi deyil də, yeni bir günə başlamaq və o günü davam etdirə bilmək üçün "həyati" ehtiyac olan bir "yanacaq" olduğunu anlamaq və bununla da bütün baxış bucağının 180 dərəcə dəyişməsi, adlandıra belə bilməyəcəyim bir effekt yaratdı məndə.. Əsasən də toplanan " yuxu borclarımızı" heç vaxt ödəmə şansımızın olmaması və bu "borcların" birbaşa məhsuldarlığımıza və gələcək sağlamlığımıza mənfi olaraq təsiri, gündə iki saat sadəcə video " sürüşdürmək" üçün sərf etdiyimizi zamanı yuxuya vermək üçün bizə güclü səbəb verir.
Tam və düzgün alınmamış yuxu ilə uğur tərs müntənasibdir. Artıq "çox" yatdım dediyim səhərlərdə vicdan əzabı çəkərək deyil də, "demək ki,bu qədərinə ehtiyacım vardı" deyərək oyanmaq bu kitabın mənə həyati təsirlərindən biridi. Ona görə də,ən üst pillələrdə qalacaq,başqası yerini alana qədər :)