Gönderi

10/10
·455 syf.··
Beğendi
·
2026 20. kitabı
·
13 saatte okudu
·
Okunma: 01 Mayıs 2026 11:54
Bu kitabı mən Universitetin ikinci kursunda aldım, amma sırf müəllifi haqqında məlumatı olduğumdan onun xətrinə alınan bir kitab idi. Bir kitabsevər olaraq, bu kitabı 2022-ci ildən bəri nə mövzsuna baxmış, nə də əlimə almışdım. Sanki, kitabdakı personajların taleyi kimi, kitaba qarşı içimdə qəribə bir biganəlik vardı. Kitab oxumaq həyatımın çox önəmli bir hissəsi olsa da, bu kitabı unutmuşdum. Dünən bir dostum keçiriləcək kitab klubunda bu kitabın müzakirəsi olacağını, mənimdə gəlmək istəyib-istəmədiyimi soruşdu. Məndə razılaşdım, eləcə də dünən əlimə aldığım bu kitabın dörd illik məndə olan lənətini qırdım. İnanın mənə, kitabı bir günə bitirdim və oxuduğum zaman əlimdən buraxa bilmirdim, sanki ordakı dünyada yaşayırmışam kimi, məni o qədər içinə çəkdi ki, ordakı obrazların halına ağlayır, qəhr çəkir, heyrətlənirdim. İndi isə kitabı oxuyacaq olanlar bu hissəni görməzdən gəlsinlər, yəni spoilər kimi düşünün. Hadisələri ilk səhifələrdə anası ilə ucqar bir kənddə kasıb bir daxmada yaşayan, Nanasının (anasına belə səslənirdi) acıqlı sözləriylə, Cəlilin hər həftə evlərinə cümə günü gəlişini səbirsizliklə gözləyən intizarıyla, evlərinə arada qonaq gəlib onlara pay gətirən Bibicanıyla, Molla Feyzullahın ona öyrətdiyi biliklərlə, quran oxumasıyla kiçik dünyasının içində yaşamını sürdürən balaca Məryəmin dilindən oxuyuruq. Kitabın ilk səhifəsində görürük ki, Nanasının ona dediyi “hərami” sözünün hələ uşaq dünyasına yad olduğundan mənasını anlaya bilmir. Beləcə, o sanki gələcək həyatından xəbər verən Nanasının gözü kimi baxdığı, nənəsindən qalan qabı əlindən salıb sındırması paramparça olacaq həyatına nişan verir və hərami olduğunu ilk dəfə anasından eşidir. Həyatın ağırılı günlərini yaşayan Nanası Cəlilin evində qulluqçu işləyərkən onun qeyri-qanuni şəkildə Cəlildən hamilə olması, bətnində hələ Məryəm olanda ona göstərilən münasibət, ucqar bir daxmada təkbaşına uşağını dünyaya gətirməsi, ona tuşlanan haqsız münasibətlər həyata olan baxışını daha da aqresivləşdirib, insanlara qarşı kobudlaşdırır. O öz uşağını həqiqətlərlə böyütmək istəsə də, acıdili ilə Məryəmi daha çox Cəlilə tərəf yönlənməsinə səbəb olur. Cəlil isə Məryəmin uşaq saflığından və dünyasındakı ata sevgisindən istifadə edərək öz vicdanını təmizləmək adıyla qızına göz boyadıcı hədiyyələr alır, digər övladlarından onu ayrı tuturaraq onu özü ilə birlikdə yaşamasına qarşı çıxan iki həyat yoldaşına boyun əyir. Amma bunların heç biri düz deyil o, Məryəmdən utanır, özdə necə amma həyatının sonunda ondan əfv diləyir amma nə faydası var. Məryəmin Cəlillə birlikdə kinoya getmə arzusu, onun arxasınca gəlməyən Cəlilin evine kimi Herata təkbaşına gedən Məryəm bu gedişindən çox böyük ağır yük edinir özünə, yəni ola bilməzdimi Anası özünü asmasın? Sonrakı cəryan edən hadisələrdə Cəlil anasını itirmiş bu qızı evində sadəcə bir həftə saxlaya bilir, sonrasında da onu şəriyi Rəşidlə izdivaca salıb, Heratdan Kabilə göndərib özlərindən uzağa göndərməklə bu yükdən qurtulmağı ümid edir. Bunların hər birində yarpaq kimi sovrulan Məryəm həyatın ikinci bir səhifəsinin daha şiddətli olacağından xəbərsizdir. Dul kişi olan Rəşid onun atasından belə böyük idi Məryəm isə 15 yaşında, burda deyəcək heç nə tapa bilmirdim. Kabildəki həyata öyrəşmək, Rəşidin həyat yoldaşı kimi davranmaq, sonralar yeməyi yaxşı bişirmədiyi üçün döyülməsi, təhqir olunması, hələ ağzına dolduruğu daşlar ilahi bu nə vəhşilik idi, uşaq yaşda uşaq doğuran Məryəmin uşağının tələf olması bəs necə? Mən bu romanda ən çox Məryəmə yandım, onun bu dünyadan gedəndə öz günüsü Leylaya, onun uşaqlarına özünü fəda etməsi Məryəm sözün əsl mənasında mənim ürəyimi o qədər kövrəltdi ki, yazdıqca belə içim ağrayır. Leyla yəni, Rəşidin üçüncü həyat yoldaşı ona da taley gülməmiş müəllim atanın qızı olan Leyla müharibə nəticəsində sevgili ailəsini itirməklə, bu dünyada özünü tək hesab edir. Tək gedəcəyi yer sevgilisi Tariqin yanı olur, lakin Rəşidin yalan məlumatla onun sevgilisini öldüyünü xəbərləməsi Leylanın bütün ümidlərini puç edir. Bu dünyada yaşamaq həvəsini isə bətnində olan Tariqin körpəsində tapır. Onu qorumaq üçün məhz Rəşidlə evlənməyə razılaşır. Amma bu evlilik Məryəmin ilk başlar onu bir rəqib kimi görməsinə, sonralar iki rəfiqə çevrilmələrinə səbəb olur. Məryəm onun qızı Əzizəni öz övladı kimi sevdiyi hissələr, ana olmasa da içindəki o sevgi məni çox duyğulandırıdı. Leylanın Məryəmlə Əzizəni alıb Rəşidin əlindən qaçmaq planları isə Talibandakı adamların onları tutmasıyla puça çıxır. Rəşid bundan sonra döymələrini, təhqirlərini daha da artırır, bu iki qadına işgəncələr edir. Sonralar Tariqin gəlməsi, Rəşidin onunla görüşən Leylanı öyrənməsi, onu boğmaq istəməsi hər şey Məryəmin onun imdadına çatıb, Rəşidi öldürməsi, Leylanın uşaqları alıb qaçmasını söyləməsi…. Məryəm bu həyat insanın görə bilməyəcəyi ağrıları, əzabları çəksədə, sonda xoşbəxt günləri Əzizəylə,Leylayla olduğu üçün sevinir. Onun edam olunması, bu kitabın hansı hissəsini yazım,hansı ağrısına əl atım heç bilmirəm…. Siz yenə də oxuyun bu kitabı, o zaman məni anlayacaqsınız.
Möhtəşəm qadınlar
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,4bin okunma
·
20 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.