·352 syf.··Beğendi
···Okunma: 29 Ocak 2026 00:00 40 günə oxuduğum bu kitab məndə çox böyük təəssürat yaratdı. İlk düşündüyüm şey isə bu əsərin bu günə qədər necə gəlib çatması oldu. Çünki bu qədər siyasi və sistem tənqidinə əsaslanan bir kitabın məhv edilmədən illərlə qorunub saxlanılması həm təəccübləndirici, həm də sevindiricidir.
1984 1948-ci ildə yazılsa da, bu günün reallığını əks etdirirmiş kimi hiss olunur. Məncə, əsər heç vaxt aktuallığını itirməyəcək. Çünki burada yalnız müəyyən bir dövr yox, ümumi olaraq hakimiyyətin və sistem idarəçiliyinin insan üzərində qurduğu təsir göstərilir.
Kitab ağır və düşündürücü olsa da, məncə hər kəsin ən az bir dəfə oxumalı olduğu əsərlərdən biridir.