·303 syf.····Okunma: 20 Ocak 2026 00:00 Albert Camusun oxuduğum ilk kitabı idi və bu qədər ağır olacağını düşünməzdim. Mövzusu ilk baxışdan çox cəlbedici görünür, amma oxumaq həqiqətən böyük səbr tələb edir. İnsan əsəri oxuduqca sanki həmin ağır atmosferi, vəbanın yaratdığı ümidsizliyi və boğucu hissi özü də daxilində yaşayır. Xüsusilə kitabın orta hissələrində bu ağırlıq daha dərindən hiss olunur. Kitabdan isə çox absurd və düşündürücü bir məna ortaya çıxır. Bəlkə də müəllif insanın həyatda tam qalib ola bilməyəcəyini, amma bütün absurdluğa baxmayaraq yenə də mübarizə aparmağın vacibliyini göstərmək istəyir. Gələcəkdə əsəri yenidən oxuya bilərəm, amma uzun müddət Camus oxuyacağımı düşünmürəm.