Gönderi

7/10
·400 syf.··
2025 31. kitabı
·
9 günde okudu
·
Okunma: 29 Ekim 2025 00:00
Elxan Elatlının ən sevdiyim yazıçılardan biri olduğunu bilməyən yoxdur. Bu kitabı da oxumağım üçün məhz özü tövsiyə etmişdi və həmin dövrdə kitab kifayət qədər çox oxunurdu. Kitabı bitirdikdən sonra baş qəhrəman olan qadının düşüncəsiz davranaraq səhv etdiyini və sonda həmin səhvin cəzasını çəkdiyini düşünmüşdüm. Açığı, ilk oxuyanda mövzu mənə bir qədər sıradan və maraqsız gəlmişdi. Lakin zaman keçdikcə həyatda bəzi hadisələrə şahid olduqdan sonra əsərə baxışım dəyişdi. Anladım ki, bəzi şeylər insanın öz əlində olmur və həyat bəzən insanı istəmədiyi seçimlərlə qarşı-qarşıya qoyur. Məhz buna görə kitabın vermək istədiyi mesaj mənə daha aydın göründü. Məncə, həm düşündürdüyü, həm də həyatdan nümunələr daşıdığı üçün oxunmağa dəyər bir kitabdır.
ŞantajElhan Elatlı · Teas Press · 0492 okunma
·
9 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.