9/10
·133 syf.··
Beğendi
·
2025 30. kitabı
·
20 günde okudu
·
Okunma: 26 Ekim 2025 00:00
Bu kitab əvvəllər diqqətimi çəkmirdi və açığı, oxumağı da düşünmürdüm. Çünki kifayət qədər məşhur idi və onunla bağlı çox nümunə görmüşdüm. Amma oxuduqdan sonra əsərə həqiqətən valeh oldum. Zəngin dili və ədəbi üslubu bu əsərin niyə klassik sayıldığını açıq şəkildə göstərir. Əsər mənə “Leyli və Məcnun”u xatırladırdı. Daha sonra araşdıranda öyrəndim ki, Shakespeare bu mövzudan təsirlənib və nəticədə öz versiyasını yaradıb. Hadisələrin sürətli və bəzən ağılasığmaz şəkildə inkişaf etməsi həm qəribə, həm də maraqlı təsir bağışlayır. Xüsusilə personajların yaşları insanı həqiqətən təəccübləndirir və əsər boyunca çoxlu suallar ortaya çıxır. Bu, doğrudan sevgi idimi, yoxsa taleyi korlayan emosional bağlılıq? Əgər obrazlar daha yetkin olsaydı, eyni seçimləri edərdilərmi? Məncə, hər kəsin ən az bir dəfə oxumalı olduğu klassikadır.
Romeo ve JulietWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202475,8bin okunma
·
7 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.