Gönderi

7/10
·83 syf.··
2026 12. kitabı
·
20 saatte okudu
·
Okunma: 11 Mayıs 2026 12:17
Con Lokkun tolerantlıq müstəvisində yazmış olduğu bu kitabda əqli nəticələrdən daha çox saf istəklərə yer verildiyinin şahidi oldum. Belə ki, Con Lokk dövlət və cəmiyyət nəzdində hər bir dinin digərinə qarşı hörmət bəsləməsinin zəruri olduğunu qeyd etməkdədir. Lakin burada zəmin olaraq qəbul edilən kommunal təşkilatlanmalar mövcudluğu etibarilə digərlərinə qarşı tolerant yanaşa bilməzlər. Con Lokkun qeyd etdiyi düşüncə sadəcə fərdi dünyagörüşü baxımından müdafiə oluna bilər. İstər cəmiyyətin, istərsə də dövlətin müəyyən etdiyi konturlar bunun üçün əlverişli deyil. Dövlət sabit və müəyyən ideologiya minvalında mövcudluğunu davam etdirir. Eyni məntiq əsasında, cəmiyyətin daxili çərçivələri müəyyən olmasa onu hansı baxımdan cəmiyyət adlandıra bilərik? Çünki çərçivə iki nüansı müəyyənləşdirir: çərçivənin daxilində qalan hissəni və xaricində qalan hissəni. İstənilən icma bu struktura əsaslanmaqdadır. Bu baxımdan, həm dövlət, həm cəmiyyət baxımından qeyd etmək mümkündür ki, çərçivənin xarici şeytanlaşdırılmadan, çərçivənin daxili müqəddəsləşdirilə bilməz.
1000Kitap
Hoşgörü Üstüne Bir MektupJohn Locke · Liberte Yayınları · 2012498 okunma
·
13 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.