10/10
·420 syf.··
Beğendi
·
2026 1. kitabı
Bu kitab adama elə bir təsir edir ki, bitirəndə sanki ürəyinin üstündə ağır bir daş hiss edirsən. Məsumə adlı bir qızın uşaqlığından qocalığına qədər çəkdiyi əzabları oxuduqca, həm ona rəhmin gəlir, həm də ətrafındakı insanlara hirslənirsən. Yazıçı elə yazıb ki, elə bil kitab oxumursan, qonşuda illərdir tanıdığın bir qadın qarşında oturub dərdini sənə danışır. Ən çox adama toxunan odur ki, bu yazıq qadın ömrü boyu hamı üçün yaşayır, amma bircə dəfə özü üçün yaşamağa imkan tapmır. Əvvəl qardaşları "namus" deyib qabağını kəsir, sonra əri öz idealları üçün onu tək qoyur, axırda da uşaqları öz rahatlıqlarını düşünüb ananı yarı yolda qoyurlar. Kitab boyu Məsumə hamının "payını" artığıyla verir, amma "Bəs mənim payım hardadır?" sualı adamın beynində qışqırır. Əslində bu təkcə bir qadının yox, bizim tərəflərdə olan minlərlə fədakar ananın, bacının hekayəsidir. Oxuduqca görürsən ki, dünya dəyişsə də, hökumətlər dəyişsə də, qadınların çiynindəki o ağır yük elə olduğu kimi qalır. Çox ağır kitabdır, amma adamın gözünü açır. İnsanı məcbur edir ki, dayanıb özünə bir sual versin: "Mən öz həyatımı yaşayıram, yoxsa başqalarının mənə rəva bildiyi qədərini?"
1000Kitap
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,406 okunma
·
3 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.