·173 syf.··Beğendi
···Okunma: 17 Nisan 2024 00:00 Həyatınızın bir yalan üzərində qurulduğunu düşünün.Yaşadığınız və sürdürdüyünüz həyatın bir oyundan ibarət olduğunu düşünün."Paramneziya" kitabı məhz belə bir insanın həyat hekayəsindən bəhs edir.Paramneziya xəstəliyindən istifadə olunub həyatı aldadılan bu qəhrəman kimdir?
Psixoloq olaraq fəaliyyət göstərən Nərmin əri Nihad və qızıyla birlikdə xoşbəxt həyat sürürdü,ta ki bir gün Nərminin iş yerinə gəlib ondan kömək istəyən qadın həyatlarına girənədək.
️Görəsən,Nərminin ailəsinin xoşbəxtliyinin pozulmasına səbəb nə idi?
Bəs "paramneziya xəstəliyi" nədir? Bəzi insanlar real hadisələri unudur və onlarda yalançı xatirələr formalaşmağa başlayır.Bu paramneziya adlanan yaddaş pozuntusudur.Bu xəstəlikdən əziyyət çəkənlər qeyri-iradi olaraq keçmişdə baş verən hadisələri indiki zamanda baş verən hadisələrlə qarışdırır,gerçək hadisələri uydurma hadisələrlə əvəz edirlər.
Yazıçı bu xəstəliyi kitabda obraz daxilində ustalıqla əks etdirməyi bacararaq oxuculara təqdim edir.Paramneziya və digər növ psixoloji sahə ilə maraqlananlar da oxuya bilərlər.