"toprak ana"
10/10
·136 syf.··
2026 31. kitabı
·
6 günde okudu
·
Okunma: 23 Mayıs 2026 23:29
​Etiraf edim ki, kitabın ilk 15-17 səhifəsini oxuyandan sonra onu bağlayıb kənara qoymaq istədim. Bir növ alınmırdı, hekayənin içinə girə bilmirdim. Sonradan öyrəndim ki, bir çox oxucu eyni hissləri keçirib. Mən isə hər zamankı kimi inad edib oxumağa davam etdim. Və nə yaxşı ki, oxudum. Tolqonay... Yoldaşını və üç oğlunu müharibənin qəddarlığına qurban verən, lakin buna baxmayaraq ayaqüstə, başıdik qalan o qadın. Onun səmimiyyəti, anlayışı, tükənməz sevgisi və bütün kəndə dayaq olmaq istəyi... Bu möhtəşəm idi. Müharibənin insanların ürəyində açdığı o sağalmaz yaralar o qədər təsirli təsvir olunub ki, oxuduqca o dövrü, o acını özündə hiss edirsən, yenidən yaşamış kimi olursan. Təsvirlər canlı, ifadələr qısa, amma ağır idi. Bütün kitab boyu kövrəlməmək, gözlərinin dolmaması mümkün deyil. "Toprak Ana" insanlığın, dözümün və müharibənin vurduğu zərbələrin ən səmimi hekayəsidir bəlkə də. ​Kitabda insanı düşündürən, insana təsir edən altını cızacağınız bir çox cümlələr var. Bəzilərini seçib "1000kitap" hesabımda paylaşmışam. Oxumaq istəyənlər profilimə keçid edib baxa bilərlər Ulya Rafiqqızı Qeyd edim ki, kitabı @xgcafekitabklubu ilə birgə oxuyub müzakirə etmişdik. O qədər bəyənmişdik ki, deməyə söz belə tapmamışdıq. ️ ​Bəs sizi ilk səhifələrdə yoran, amma sonradan vazkeçilməz olan kitabınız hansıdır? Rəylərdə qeyd edə bilərsiniz
Toprak AnaCengiz Aytmatov · Ötüken Neşriyat · 202277,9bin okunma
·
8 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.