Puan vermedi·288 syf.····Okunma: 29 Mayıs 2026 07:25 " Ne de olsa annem için her şeyi yapardım"
.
On bir il əvvəl baş vermiş cinayət hadisəsi və bu hadisənin cəzasını çəkən bir qrup gəncin taleyindən bəhs edən kitab- Mahkum
.
Bir qrup gənc deyəndə -onlardan üçü ölmüş və üçü isə sağ qalmışdı.
Kitabın başından sonuna kimi " qatil kimdir" sualına Brook ilə birgə cavab axtarırıq.
.
Kitabı oxuyarkən Brookun həyatına daxil olan və cinayət hadisəsi baş verən zaman oradan sağ çıxan və qatil olacağını düşündüyümüz Shane və Timin arasında get- gəldə olub, istər- istəməz şüphə ilə oxumağı dayandıra bilmirsən.
Kitabı hadisədən sağ qurtumuş və hadisədən sonra travma almış Brookun fikirləri ilə oxuyuruq.
Yenə fikirləriniz qarışacaq... Başda yazdığım cümlə kitabın sonunda oxuduğum cümlədir. Və bu son heç de yaxşı son deyildi. Necə olursa, olsun qan yenə çəkirdi...