10/10
·172 syf.··
Beğendi
·
2024 11. kitabı
·
3 günde okudu
·
Okunma: 26 Ağustos 2024 00:00
M.Ə.Talıbov 1837-ci ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Tiflisdə təhsil alıb. Rus, ingilis və fransız dillərini öyrənib. Təhsil aldığı dövrdə rus yazıçılarının fikirləri ilə tanış olub və onlardan təsirlənib. Azərbaycan və fars dilində yazıb. Bir xeyriyyəçi kimi Bakıda və Temirxan-Şurada qızlar məktəbinin açılması üçün maddi yardım edir. İranın birinci Milli Məclisinə deputat seçilsə də, bu vəzifəni icra etməkdən imtina edib. Bütün əsərlərini 55 yaşından sonra yazıb; Yazdığı son 2 kitabdan başqa bütün kitabları özü öz şəxsi vəsaiti hesabına çap etdirib; "Səfineyi-Talibi" və ya "Kitabi Əhməd" əsəri Azərbaycan ədəbiyyatında uşaqların həyatından bəhs edən ilk kitabdır. O bu əsəri Jan Jak Russonun "Emil və ya tərbiyə haqqında" əsərindən təsirlənərək yazıb; İlk orijinal bədii əsəri olan "Kitab yüklü eşşək" alleqorik romanında maarifçiliyi təbliğ edib. 1911-ci ildə vəfat edib. Bu roman XIX-XX əsr İran cəmiyyətindəki sosial-siyasi problemlərə işıq salan, həmçinin Məşrutə inqilabı dövrünün mütərəqqi fikirlərini əks etdirən əhəmiyyətli bir nümunədir. Romanda Coşşa adlı eşşəyin dilindən baş verən hadisələri oxuyuruq. Roman boyu onun başına gələn hadisələr, eşşəyin yaşadıqlarından, insanların ona verdiyi zərərdən çıxardığı nəticə öz dilindən nəql olunur. Romanın sonunda insan, cəmiyyət və insani keyfiyyətlər barəsində sual-cavab verilib. #aimraabooks
Kitab Yüklü EşşəkMirzə Əbdürrəhim Talıbov · Xan Nəşriyyatı · 202435 okunma
·
18 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.