Kitab Yüklü Eşşək

Mirzə Əbdürrəhim Talıbov
Tahmini Okuma Süresi:
4 sa. 52 dk.
Sayfa Sayısı:
172
Basım Tarihi:
2024
İlk Yayın Tarihi:
2014
Yayınevi:
Xan Nəşriyyatı
ISBN:
9789952557107
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

10/10
·172 syf.··
Beğendi
·
2024 11. kitabı
·
3 günde okudu
·
Okunma: 26 Ağustos 2024 00:00
M.Ə.Talıbov 1837-ci ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Tiflisdə təhsil alıb. Rus, ingilis və fransız dillərini öyrənib. Təhsil aldığı dövrdə rus yazıçılarının fikirləri ilə tanış olub və onlardan təsirlənib. Azərbaycan və fars dilində yazıb. Bir xeyriyyəçi kimi Bakıda və Temirxan-Şurada qızlar məktəbinin açılması üçün maddi yardım edir. İranın birinci Milli Məclisinə deputat seçilsə də, bu vəzifəni icra etməkdən imtina edib. Bütün əsərlərini 55 yaşından sonra yazıb; Yazdığı son 2 kitabdan başqa bütün kitabları özü öz şəxsi vəsaiti hesabına çap etdirib; "Səfineyi-Talibi" və ya "Kitabi Əhməd" əsəri Azərbaycan ədəbiyyatında uşaqların həyatından bəhs edən ilk kitabdır. O bu əsəri Jan Jak Russonun "Emil və ya tərbiyə haqqında" əsərindən təsirlənərək yazıb; İlk orijinal bədii əsəri olan "Kitab yüklü eşşək" alleqorik romanında maarifçiliyi təbliğ edib. 1911-ci ildə vəfat edib. Bu roman XIX-XX əsr İran cəmiyyətindəki sosial-siyasi problemlərə işıq salan, həmçinin Məşrutə inqilabı dövrünün mütərəqqi fikirlərini əks etdirən əhəmiyyətli bir nümunədir. Romanda Coşşa adlı eşşəyin dilindən baş verən hadisələri oxuyuruq. Roman boyu onun başına gələn hadisələr, eşşəyin yaşadıqlarından, insanların ona verdiyi zərərdən çıxardığı nəticə öz dilindən nəql olunur. Romanın sonunda insan, cəmiyyət və insani keyfiyyətlər barəsində sual-cavab verilib. #aimraabooks
Kitab Yüklü EşşəkMirzə Əbdürrəhim Talıbov · Xan Nəşriyyatı · 202435 okunma
Puan vermedi·232 syf.··
Beğendi
·
2024 89. kitabı
·
4 günde okudu
·
Okunma: 26 Aralık 2024 10:47
...mədəniyyət və bərabərlik aləminə qədəm qoymayınca yırtıcıların ən zəlili və ən bədbəxtisiniz. (səh.62) Cənubi Azərbaycan ədəbiyyatının ilk nasirlərindən biri olan Mirzə Əbdürrəhim Talıbovun "Kitab yüklü eşşək" əsərini ikici dəfə oxudum. Ədəbiyyatımızda roman janrının ilk nümunələrindən biri sayılan bu əsərdə maarifçilik təbliğ olunur, cəmiyyətdəki naqisliklər Çoşşa adlı eşşəyin başına gələn sərgüzəştlər vasitəsilə, onun dilindən verilən nəsihətlərlə, tənqidi fikirlərilə insanın daxili eybəcərlikləri göstərilir, həyat və təbiətin tərbiyəsilə böyümüş bu müdrik eşşək, öz hərəkətlərilə insanların hərəkətlərini, xüsusiyyətlərini müqayisə edir. Əsər farsca yazılmış olsa da, kitabın redaktoru Şəmil Sadiq in yazdığı ön sözdə qeyd edilir ki, orijinalında müəyyən yerlərdə Azərbaycan xalq danışıq dilinə məxsus ifadələrə də yer verilmişdir. Adətən insanın ən işə yaramaz hərəkətlərini təhqir etməkdən ötrü istifadə edilən "eşşək kimi..." tipli cümlələr Coşşanın əhvalatları ilə sizi fərqli tərəfdən baxmağa sövq edəcək. Kitabın əvvəlində ön söz əvəzi verilən məqalədən bir hissə. "...əsərin adındakı ironiya çox maraqlıdır. Bəlkə də, bu adı seçməkdə müəllif elmlə, dünyagörüşlə, şüurla əhatə olunmuş insanı leksikonumuzda özünə xüsusi bir məna daşıyan eşşəklə müqayisə edir. Nə qədər məlumatlı və ağıl sahibi olsa da, insanı şüursuz, savadsız, gördüklərini dərk etməyən, yaxşılıqla pisliyi dəyərləndirməyi bacaramayan bir eşşəkdən fərqi yoxdur demək istəyir. Günümüzdə də adam olmağı bacarmayan, dəblə ayaqlaşmaq üçün kitab oxuyan, oxuduqlarına görə özünə ən yüksək dəyəri verib ən ali bir insan kimi təqdim edən, əldə etdiyi bilik və bacarıqları təbiətin məhvinə yönləndirən, vəhşi təbiətin ən vəhşi varlığına çevrilən, şəhvət və şöhrətin əsiri olan yüzlərlə insan görə bilərik. Boğazında
Kitab Yüklü EşşəkMirzə Əbdürrəhim Talıbov · Hədəf Nəşrləri · 201435 okunma
Puan vermedi·
Əsərin ən maraqlı tərəfi isə insanın eşşəklə müqayisəsidir. Niyə it yox, at yox, meymun yox, məhz "Kitab yüklü eşşək"? Çünki bütün insanlar ən qaba, mədəniyyətsiz, avam, dünyadan bixəbər, tənbəl, özündənrazı adamları eşşəyə bənzədirlər. Hətta bu işgüzar və insanın bütün əzablarına daima boyun əyən heyvanın adını çəkəndə qarşı tərəfdən üzr də istəyirik. Bəlkə də, bu üzrü kimisə eşşəyə bənzətdiyimiz üçün eşşəkdən istəməliyik? Eşşək yeganə varlıqlardandır ki, insanla dostluğunun tarixi bilinmir. Həmişə, hər yerdə insana gərəkli olan bu heyvan, sadəliyinə və təvazösünə görə daima tənqidə və təhqirə düçar olur. Ədib eşşəyi bu səbəbdən seçmiş olmasın? Digər tərəfdən əsərin adındakı ironiya çox maraqlıdır. Bəlkə də, bu adı seçməkdə müəllif elmlə, dünyagörüşlə, şüuarla əhatə olunmuş insanı leksikonumuzda özünə xüsusi bir məna daşıyan eşşəklə müqayisə edir. Nə qədər məlumatlı və ağıl sahibi olsa da, insanı şüursuz, savadsız, gördüklərini dərk etməyən, yaxşılıqla pisliyi dəyərləndirməyi bacaramayan bir eşşəkdən fərqi yoxdur demək istəyir. Günümüzdə də adam olmağı bacarmayan, dəblə ayaqlaşmaq üçün kitab oxuyan, oxuduqlarına görə özünə ən yüksək dəyəri verib ən ali bir insan kimi təqdim edən, əldə etdiyi bilik və bacarıqları təbiətin məhvinə yönləndirən, vəhşi təbiətin ən vəhşi varlığına çevrilən, şəhvət və şöhrətin əsiri olan yüzlərlə insan görə bilərik. Boğazında qalstuk, gözündə ziyalılığın simvolu kimi dərk etdiyi eynək, əynində kostyum olan kor əbləhlər kitabla yüklənmiş eşşəyi xatırladır. Xisləti isə demona Düzdür, bu əsərə qədər istər bizim, istər şərq, istərsə də dünya ədəbiyyatında alleqorik yolla insanları tərbiyə etmək arzusunda olan böyük müdriklər olmuşdur. Lakin Əbdürrəhim bəy Talıbovun "Kitab yüklü eşşək" romanı əvvəlki əsərlərdən fərqli olaraq mövzuya yanaşma,
Edebiyat
Kitab Yüklü EşşəkMirzə Əbdürrəhim Talıbov · Hədəf Nəşrləri · 201435 okunma

Yazar Hakkında

Mirzə Əbdürrəhim TalıbovYazar · 1 kitap
Mirzə Əbdürrəhim Əbutalib Nədcar Təbrizi oğlu Talıbov 1837-ci ildə Cənubi Azərbaycanda Təbriz şəhərinin, Sərxab məhəlləsində dülgər ailəsində anadan olmuşdur. İlk təhsilini mollaxanada aldıqdan sonra mədrəsədə təhsil almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. 16 yaşında rus dilini öyrənmək və təhsilini yüksəltmək məqsədilə Tiflisə gedərək təhsilini orada davam etdirmiş, rus, ingilis və fransız dillərini öyrənmişdir. Tiflisdə təhsil aldığı dövrdə rus sosial-demokratlarının və rus yazıçılarının fikirləri ilə tanış olub onlardan təsirlənir. Fəaliyyəti Tiflisdə yaşadığı dövrdə Qafqazda yolların və körpülərin tikintisindən varlanmış Məhəmməd Əli Xan Kaşanın kontorunda işləyib. Sonradan isə Temirxan-Şuraya köçərək burada şəxsi yol tikintisi kontoru açır. Qafqaz-Stavropol şose yolu çəkilməsi məhz onun kontoruna tapşırılmışdır. Özünə yeni ev almaqla yanaşı şəxsi kitabxana da tikdirir. Burada əslən Dərbənddən olan bir xanımla ailə qurur. Maddi vəziyyəti yaxşı olduğuna görə bir çox xeyriyyə işlərinə də yardım edir. Bir islahatçı kimi müasir məktəbləri dəstəklədiyi üçün Bakıda və Temirxan-Şurada qızlar məktəbinin açılması üçün maddi yardım edir. 1907-ci ildə Təbriz sakinləri tərəfindən İranın birinci Milli Məclisinə deputat seçilsə də bu vəzifəni icra etməkdən imtina etmişdir. 1888-ci ildə İstanbula, 1898-ci ildə isə Məkkəyə həcc ziyarətinə gedir. 1902-ci ildə isə gözlərini müalicə etdirmək üçün Berlinə gedib Yaradıcılığı Talıbov bütün əsərlərini 55 yaşından sonra yazıb. Danışıqda Azərbaycan Türkcəsindən istifadə etməsinə baxmayaraq bütün əsərlərini farsca yazıb. Yazdığı son iki kitabdan başqa bütün kitabları özü öz şəxsi vəsaiti hesabına çap etdirib. "İzahat dər xüsusi azadi" ("Azadlıq haqqında izahat)" adlı kitabı Məşrutə inqilabının qələbəsindən sonra 1906-cı ildə, "Siyasəti-Talibi" ("Talibin siyasəti" kitabı isə ölümündən bir neçə ay sonra 1911-ci ildə Tehranda çap olunub. İlk orijinal bədii əsəri "Kitab yüklü eşşək" alleqorik romanında maarifçiliyi təbliğ edir. "Səfineyi-Talibi", ya "Kitabi Əhməd" ("Talibin gəmisi", yaxud "Əhmədin kitabı" iki cilddə) əsəri Azərbaycan ədəbiyyatında uşaqların həyatından bəhs edən ilk kitabdır. Müəllifin özünün yazdığına görə o bu əsəri Jan Jak Russonun "Emil və ya tərbiyə haqqında" əsərindən təsirlənərək yazıb. Kitab müəllif və onun uydurulmuş 7 yaşlı oğlu arasında baş verən dialoqlardan ibarətdir. Burada oğulun ataya sualları tarixi, elmi, siyasi və dini məsələlərə aydınlıq gətirilir. "Məsalik ülməhsinin" ("Xeyirxahların yolu"), "Məsail ül-həyat" ("Həyat məsələləri"), "İzahat dər xüsusi azadi" ("Azadlıq haqqında izahat"), "Siyasəti-Talibi" ("Talibin siyasəti") ədəbi-elmi və publisistik əsərlərini yazıb çap etdirmişdir. "Məsalik ülməhsinin" ("Xeyirxahların yolu") əsərində əsas personaj var. Onlar mühəndislər Mustafa və Hüseyin, həkim Əhməd və kimya müəllimi Məhəmməddir. Onlara Dəmavənd dağına getmək və burada araşdırmalar aparıb hesablamalar etmək tapşırılır Yol boyu onlara müctəhid, dərviş və çəkməçi rast gəlir. Tədqiqatçıların qarşısına çıxanlar nədənsə öz siyasi, sosial problemlərini dilə gətirməyə, birləşib islahatlar aparmağa çəkinirlər. Eyni zamanda isə digər millətlər islahatlar aparmaq məqsədilə birləşirlər daha çox danışıb çıxış yolları axtarırlar. Müəllif burada təsvir etdiyi dialoqlarda şah rejimini, İranda baş verən sosial və siyasi problemləri göstərir. Bu kitablarda şərq ictimai-siyasi problemlərinə toxunulur, qabaqcıl ideyalar, xeyirxah əməllər təbliğ olunur. Məşrutə inqilabı ideyalarının təşəkkül və formalaşmasına təsir göstərmişdir. Kitab yüklü eşşək - 1888-ci il Kitabi Əhməd (Əhmədin kitabı) 2 cilddə - 1894-1895-ci illər Məsalik ülməhsinin (Xeyirxahların yolu) - 1905-ci il Məsail ül-həyat (Həyat məsələləri) - 1906-cı il İzahat dər xüsusi azadi (Azadlıq haqqında izahat) - 1906-cı il Siyasəti-Talibi (Talibin siyasəti) - 1911-ci il Ölümü 1911-ci il martın 11-də Şimali Qafqazda Temirxan-Şura şəhərində vəfat etmişdir.