Şəmil Sadiq

Şəmil SadiqGeneral Polad Həşimov Xatirələrdə yazarı
Yazar
Editör
9.2/10
67 Kişi
189
Okunma
10
Beğeni
1.292
Görüntülenme

Hakkında

Unvan:
Yazar

Okurlar

10 okur beğendi.
189 okur okudu.
12 okur okuyor.
80 okur okuyacak.
2 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
O vaxt biz bir-birimizi dəlicəsinə sevirdik. Öz aramızda saf gənc qəlbimizin ölənə qədər bir olacağına and içib əhdü-peyman bağlamışdıq. Ancaq.... Məni qoyub getdi! Əhdinə sadiq qaldı. Mən isə bunu bacarmadım. Ailə həyatı qurdum, işlədim, övlad sahibi oldum... Qızıma onun adını verdim ...
Reklam
“Mənim intiharım sadəcə ümidlərimin ölməsi zamanı baş verəcəkdi. Bu isə hələ də baş vermirdi..”
Gör mən nəyə şükür edirəm? ... Məsum bir qızkən, sevgilim (bizim elimizidə qız sevgilim sözünü belə işlətməyə utanardı) haqqında anama necə deyəcəyimi, söhbətin haradan başlayacağını düşünəndə yanaqlarımın qızardığını, sinəmin həyəcanlı döyüntüsünü, qulaqlarımın isti təndir çörəyi qədər qızdığını hiss edən açılmamış bir qızılgülün təhqir olunmasına baxmayaraq yaşamasına...
Həya, ar, namus hesab etdiyimiz üçün bir gülüşümüzü belə vətən oğlullarına əsirgədiyimiz halda, indi bu alçaqların oyuncağına çevrilmişik.
"Mənim intiharım sadəcə ümidlərimin ölməsi zamanı baş verəcəkdi. Bu isə hələ də baş vermirdi..."
Müşfiq Xan
Müşfiq Xan
Ümidlərin İzi İlə
Ümidlərin İzi İlə
Reklam
Eylədim haqqı tələb, haqq dilədim, Dedilər, səbr elə gəl, rədd elədim, Dedim, ey kəs, göyə çoxdan bələdim, Dedilər kafir imişsən, demə sən. Baş alıb getdim ədalət arayım, Taparaq Allahı ondan sorayım, Ki, nədir bu, niyə qəmdən yarayım? Dedilər kafir imişsən, demə sən. Bu həyatda bir ömürlük qonağam, Demə cənnət mənə, vallah, üz ağam, Yaşayım bu anı, ordan uzağam, Dedilər kafir imişsən, demə sən. Dedim: Ey kəs, dinə mən yad kimiyəm, Özüm öz vicdanımın hakimiyəm, De, mənə çöl ərəbin mən kimiyəm? Dedilər kafir imişsən, demə sən.
Şəmil Sadiq
Şəmil Sadiq

Yorumlar ve İncelemeler

Tümünü Gör
268 syf.
·
Puan vermedi
Hədəf Nəşrlərinin “Xatirə ədəbiyyatı” seriyasının 52-ci kitabı 2020-ci ilin 14 iyulunda ermənilərin #Tovuz təxribatı zamanı şəhid olmuş general-mayor Polad İsrayıl oğlu Həşimov haqqındadır. İyul hadisələri zamanı Polad Həşimovda daxil olmaqla 12 şəhidimizin xəbəri Azərbaycanda soyuq su effekti yaratmış, İkinci Qarabağ müharibəsindəki “ Dəmir
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202080 okunma
224 syf.
·
Puan vermedi
Şəmil Sadiq - Odərlər
Əsər, Nalyığanın xüsusi bir nalı tapmaq üçün uzaq dağ kəndinə, daha sonra isə eyni məqsədlə Lahıcdaki nalbənd Ata kişinin yanına göndərilməsiylə başlayır. Nalyığan Lahıcda heç gözləmədiyi şəraitə düşür və bu, onda çaşqınlıq yaradır. Hadisələrin sonraki irəliləyişi daha maraqlıdır. Hadisələr, 5 Odər - Arslan, Altay, Məhəmməd, Elçin, Ayxanın Şuşa
OdƏrlər
OdƏrlərŞəmil Sadiq · Hədəf nəşriyyatı · 201727 okunma
208 syf.
10/10 puan verdi
·
13 günde okudu
ŞƏHİD GENERAL POLAD HƏŞİMOV
Əsrlər boyu cəmiyyətin hər kəsimində bu cür insanlar olur, hansı ki hər hansı bir peşəyə, vəzifəyə qarşı olan nifrətini dilə gətirmək istəyəndə sırf o bir şəxsin adı ağlına gələn kimi sözlərini udursan. Əminəm ki, Polad Həşimov da onu tanıyanların və bundan sonra tanıyacaq olanların nəzdində həmin o şəxs olacaq. Mərhəmətlə bərabər ciddiliyi, qüvvəsi ilə bərabər utancaqlığı, cəsarəti ilə bərabər kövrəkliyi eyni bədəndə daşıyan əziz general.. Qəhrəman olunmur, qəhrəman doğulur cümləsinin təsdiqini tapdığı, sağlığında dəyər verə bilmədiyimiz, öz maşınını da satıb olan-qalan pulunu əsgərlərə xərcləyib, özü kirayədə yaşayıb, metroyla işlərini həll edən "general".. Səni tanımış o zabitlərin, əsgərlərin, sənin deyiminlə "balaların" kimi, mənim də gizlin arzum var daha - kaş yenə gələydin.. Kitaba təkcə ona görə 10 bal vermirəm ki, sən özün 10 ballıq həyat yaşamısan, həm də ona görə verirəm ki, sənin xatirəni yaşatmaq üçün təşəbbüs göstərən hər kəs 10 balı haqq edir.
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202080 okunma