Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şəmil Sadiq

Şəmil SadiqGeneral Polad Həşimov Xatirələrdə yazarı
Yazar
Editör
9.2/10
67 Kişi
191
Okunma
10
Beğeni
1.344
Görüntülenme

Şəmil Sadiq Yorumları ve İncelemeleri

Şəmil Sadiq yorumları ve incelemelerini, Şəmil Sadiq kitabı hakkındaki okur görüşlerini , Şəmil Sadiq puanlarını 1000Kitap'ta bulabilirsiniz.
268 syf.
10/10 puan verdi
·
Beğendi
General-mayor Polad Həşimov! Kitabın ərsəyə gəlməsində və oxucu kütləsinə ödənişsiz təqdim edilməsi təşəbbüsünü irəli sürməkdə başda Şəmil Sadiq, Səbuhi Şahmursoy və "Hədəf" nəşrləri olmaqla, bu işə könül verən, əmək sərf edən hər kəsi alqışlayır və təşəkkür edirəm! Bu kitabı əldə edənlərdən biri də mən olduğum üçün həm şanslı, həm də qürurluyam. Hər səhifəsini dərin kədər hissi, bir o qədər də fəxrlə oxudum. Kitabı oxuduqdan sonra bunun qətiyyətlə fərqinə vardım ki, Azərbaycan ordusu çox, çox böyük bir itki verib.. Bu kitabı oxumaq Generalı tanımaq üçün kifayət qədər yətərlidir, çünki ailəsi, əsgərləri, dostları, qohumları onunla olan xatirələrini olduqca içdən və səmimi şəkildə bölüşüblər. Önəmli olan adının hansısa bir küçəyə, metro stansiyasına, zirvəyə, posta, məktəbə və s. verilməsi deyil, ən önəmli və ən dəyərlisi adının milyonların qəlbinə yazılmasıdır. Əfsuslar olsun ki, biz onu itirdikdən sonra dəyəri bilinən insanları tanımağa gecikirik. Onları sağ ikən layiq olduğu şəkildə qiymətləndirə bilmirik. Polad Həşimovu tanımaq mənə bir çox şeyi öyrətdi, gec tanımaq isə hər zaman heyfsləndirəcək. Ruhun şad olsun, ordumuzun Polad Generalı!
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202081 okunma
268 syf.
·
Puan vermedi
Hədəf Nəşrlərinin “Xatirə ədəbiyyatı” seriyasının 52-ci kitabı 2020-ci ilin 14 iyulunda ermənilərin #Tovuz təxribatı zamanı şəhid olmuş general-mayor Polad İsrayıl oğlu Həşimov haqqındadır. İyul hadisələri zamanı Polad Həşimovda daxil olmaqla 12 şəhidimizin xəbəri Azərbaycanda soyuq su effekti yaratmış, İkinci Qarabağ müharibəsindəki “ Dəmir
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202081 okunma
Reklam
224 syf.
·
Puan vermedi
Şəmil Sadiq - Odərlər
Əsər, Nalyığanın xüsusi bir nalı tapmaq üçün uzaq dağ kəndinə, daha sonra isə eyni məqsədlə Lahıcdaki nalbənd Ata kişinin yanına göndərilməsiylə başlayır. Nalyığan Lahıcda heç gözləmədiyi şəraitə düşür və bu, onda çaşqınlıq yaradır. Hadisələrin sonraki irəliləyişi daha maraqlıdır. Hadisələr, 5 Odər - Arslan, Altay, Məhəmməd, Elçin, Ayxanın Şuşa
OdƏrlər
OdƏrlərŞəmil Sadiq · Hədəf nəşriyyatı · 201727 okunma
208 syf.
10/10 puan verdi
·
13 günde okudu
ŞƏHİD GENERAL POLAD HƏŞİMOV
Əsrlər boyu cəmiyyətin hər kəsimində bu cür insanlar olur, hansı ki hər hansı bir peşəyə, vəzifəyə qarşı olan nifrətini dilə gətirmək istəyəndə sırf o bir şəxsin adı ağlına gələn kimi sözlərini udursan. Əminəm ki, Polad Həşimov da onu tanıyanların və bundan sonra tanıyacaq olanların nəzdində həmin o şəxs olacaq. Mərhəmətlə bərabər ciddiliyi, qüvvəsi ilə bərabər utancaqlığı, cəsarəti ilə bərabər kövrəkliyi eyni bədəndə daşıyan əziz general.. Qəhrəman olunmur, qəhrəman doğulur cümləsinin təsdiqini tapdığı, sağlığında dəyər verə bilmədiyimiz, öz maşınını da satıb olan-qalan pulunu əsgərlərə xərcləyib, özü kirayədə yaşayıb, metroyla işlərini həll edən "general".. Səni tanımış o zabitlərin, əsgərlərin, sənin deyiminlə "balaların" kimi, mənim də gizlin arzum var daha - kaş yenə gələydin.. Kitaba təkcə ona görə 10 bal vermirəm ki, sən özün 10 ballıq həyat yaşamısan, həm də ona görə verirəm ki, sənin xatirəni yaşatmaq üçün təşəbbüs göstərən hər kəs 10 balı haqq edir.
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202081 okunma
408 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
26 Fevral Xocalı faciəsində şəhid olanların xatirəsinə
Tam 1 gün yarıma bitirdiyim bu kitab haqqında sizə danışmaq istəyirəm. Amma hardan və necə başlayım bilmirəm. Kitabın əsas məzmunu 19 yaşında Xocalı faciəsində erməni qan içənlərinə əsir düşmüş Aytəkinin gündəliyində yazılanlardı. Məxfi şöbənin mayoru Qüdrətov bu gündəliyi tapır , oxuyur və araşdırmağa başlayır. Uğursuz nəticələnir. 20 il sonra
Ümidlərin İzi İlə
Ümidlərin İzi İləMüşfiq Xan · Xan Nəşriyyatı · 201667 okunma
408 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Əsərdə hadisələr iki süjet xətti ilə inkişaf edir. Bunlardan birincisi 90-cı illərin əvvəllərindən başlayır və Xocalı sakini Aytəkinin erməni əsirliyində olması ilə davam edir. Digər süjet xəttində isə hadisələr müasir dövrdə baş verir. Əsəri çox bəyəndim. Müasir gəncliyimizin mütləq və mütləq oxumalı olduğu əsərlərdən biridir məncə.
Ümidlərin İzi İlə
Ümidlərin İzi İləMüşfiq Xan · Xan Nəşriyyatı · 201667 okunma
Reklam
268 syf.
·
Puan vermedi
·
4 günde okudu
#poladhəşimov #karabakhisazerbaijan ‍️"İstəmirəm ətrafda hansısa əsgərin bir yanlışlığını görüb, onu danlamaq məcburiyyətində qalım. Ona görə başıaşağı gəzirəm ki, qoy əsgər məni görüb öz səhvini düzəltsin."‍️ Yükü və məsuliyyəti ağır kitab idi. Zarafat deyil..Ölümüylə ''Böyük Vətən Müharibəsi''ni başladan adamdır o. Adını öldüyü günə qədər heç kim eşitməmişdi fikirləşirdim. Amma onu əslində hamı tanıyırmış. Cəbhədə, hərbi postlarda, səngərlərdə...Hətta aldığı posta adını qoyublarmış. Görəsən daha tanımadığımız, amma öləndə ölkəni ayağa qaldıracaq neçə hərbi generalımız daha qalıb həyatda? Kitabı oxuyarkən sıxıldım. Düşünürdüm ki, niyə sağlığında bunları bilmədik. Özü kirayədə qalıb, ona verilən evi bağışayan General... Türkiyedeki herbi kurslarda iştirak etmek üçün toyunu texire salan general... Kitab oxumağı çox seven, tv izlemeyen, esgerleri ile birge senger qazan general... Ruhun şad olsun. Bugün seni bütün dünya tanıyır... 14 iyul 2020-ci il...Sanki 1990-cı il idi...Əsrlərdir azadlığımızı zəbt edən ruslara , Sovet imperiyasına qarşı azadlıq savaşına qalxmışdıq. 10 minlərlə insanın heç bir təşkilatçı olmadan, qisas hissi ilə birləşməsi , " Ali baş komandan , əmr et, Qarabağa gedək!" şüarları dünyaya bir daha sübut etdi ki, bu qisası yerdə qoymayacağıq!
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202081 okunma
156 syf.
7/10 puan verdi
MƏN BİR MÜƏLLİMƏM
Şəmil Sadiqin "Mən bir müəlliməm" kitabını oxuyuram. Sadə dillə, səmimiyyətlə, şəxsi təcrübələrinə dayanaraq və hətta deyərdim ki, bir xeyli də cəsarətlə yazılıb. Müasir cəmiyyətimizdə müəllimlərə və müəllimliyə verilən dəyər, peşəmizin qlobal problemləri və müəllim olmağın gözəl tərəfləriylə bərabər, peşəmizin qaranlıq və insanı yoran çətin məqamları açıqlıqla vurğulanıb.Qısaca, əsərdə dövrümüzün ən aktual problemi olan təhsil, təlim, tərbiyə məsələlərinə, onun qüsurlarına, çatışmazlıqlarına, problemlərinə, ümid verən məqamlara dair kifayət qədər maraqlı fikirlər var. Qısa məqalələr şəkildə olduğundan oxumaq da rahatdı. P.S. yazını İçəri şəhər metrosundan evimizə gedən uzuuuun yolda, avtobusda yazmışam. Uzun yol getməyin müsbət cəhəti bir də budur ki, evdə, işdə oxuya bilmədiyin kita!ları oxuyursan və vaxt tapıb yaza bilmədiyin yazını yol boyunca yaza bilirsən. Və uzun yol sənə olduğundan qısa gəlir... Hər anını dəyərləndirənlər üçün kiçik sirr... :)
Mən Bir Müəlliməm
Mən Bir MüəlliməmŞəmil Sadiq · XAN Nəşriyyatı · 20186 okunma
268 syf.
·
Puan vermedi
·
3 günde okudu
"Niyə görə yaxşı insanlar sağlığında tanınmır?". Bu kitabı oxuyandan sonra bu sualın cavabını asanlıqla əldə etmək mümkündür. Ona görə ki, yaxşı insanlar heç zaman öz yaxşılıqlarının üzə çıxmasını istəmirlər. Onlar hər zaman təvazökar və sadə olurlar. Etdikləri yaxşılıqları bacardıqca gizli etməyə çalışırlar. Burada bu misal yadıma
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202081 okunma
408 syf.
·
Puan vermedi
Bəzən insanlar nə istədiklərini bilmirlər. Yaşadıqları rahat həyatdan ayrılıb özlərini çətinliklərin, problemlərin dolu olduğu məsələlərə cilalamaga çalışırlar. Bəziləri bunu risk, bəziləri isə ağılasığmazlıq adlandırırlar. Hər iki halda insan başına gələnlərə görə özünü günahlandırmaqdan boyun qaçırır. Onları təsadüflərə bağlayaraq özünü, ətrafındakıları buna inandırmağa çalışır. .. Az qisim insan isə nə istədiyini, necə istədiyini və nə üçün istədiyini dərk etməyi bacarır. Məhz bu qrupa daxil olan insanlar həyatın sonu görünməyən burulğanına qarşı şüurlu mücadilə aparanlardan ola bilirlər.
Ümidlərin İzi İlə
Ümidlərin İzi İləMüşfiq Xan · Xan Nəşriyyatı · 201667 okunma
Reklam
268 syf.
·
Puan vermedi
·
11 günde okudu
Polad Həşimov
Salam əziz kitabsevərlər. Bugün sizə haqqında danışmaq istədiyim kitab "Polad Həşimov xatirələrdə" adlı xatirə kitabıdır. İlk öncə bildirim ki, xatirə kitablarını oxumağa bu ildən başladım və çox sevdim. Çünki həmin şəxslər barədə geniş məlumatlar əldə etmək gözəldir. Bu kitabı oxuduğumda isə çox kövrəldim, keçən il bu vaxtlar həyatda olan insanın indi həyatda olmaması.. daha da önəmlisi o hər hansı biri deyil, həyatı boyu vətən sevgisini özündə daşıyan şəhidimiz General Polad Həşimovdur. Kitab onun yaxınları, dostları, əsgərləri tərəfindən yazılan xatirələrdən ibarətdir. Xatirələri oxuduğum zaman onun həyatda necə insan olması barədə məndə dəqiq bir fikir formalaşdı. Məncə bu kitabı bütün azərbaycanlılar oxumalıdır, çünki vətən uğrunda canından keçmiş bir insana bunu borclu olduğumuzu fikirləşirəm. Ruhun şad olsun General!
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202081 okunma
408 syf.
10/10 puan verdi
·
Beğendi
Vətən temalı kitablar çox diqqətimi çəkir. Həmişə çox maraqla oxuyuram. Bu kitab isə çox çox maraqlıdır. İlk dəfə pdf dən oxumuşdum. Orada isə yarımçıq idi. Kitab o qədər maraqlı idi ki, təcili kitabı tapıb almalı idim. Və aldım. Elə həmin gecə bir nəfəsə bitirdim. Göz yaşlarımı dayandıra bilmirdim Və artıq beş ildi ki, bu qədər hisli kitab oxumamışam ..
Ümidlərin İzi İlə
Ümidlərin İzi İləMüşfiq Xan · Xan Nəşriyyatı · 201667 okunma
268 syf.
10/10 puan verdi
Polad Həşimov xatirələrdə Xatirə ədəbiyyatına aid oxuduğum növbəti kitab oldu. Bu gün Polad Həşimovun şəhidlik zirvəsinə yüksəlməsindən 2 il ötür. Daim qəlblərdə yaşayacaq, qəhrəmanlığı dillərdə-dillərə keçəcək. Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələnin Vəndam kəndində anadan olub. Generalliq rütbəsinə qədər yüksəlib. Çox sayda medallarla,
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202081 okunma
408 syf.
9/10 puan verdi
Tarixi və dedektif janrla gəldim. Şəmil Sadiq və Müşfiq Xan- "Ümidlərin izi ilə".Yazarlardan oxuduğum ilk kitab idi. Kitabı ümumi götürdükdə bəyəndim.Tarixi cəhətdən gözəl yazılıb.Mənədə bu lazım idi. Gələcəyimiz üçün,keçmişimizin unudulmamasi üçün. Amma bəyənmədiyim tərəflərində var idi.Başlarda illərin ardicilliğin pozulmasi 1992-dən
Ümidlərin İzi İlə
Ümidlərin İzi İləMüşfiq Xan · Xan Nəşriyyatı · 201667 okunma
23 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.