Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

268 syf.
·
Puan vermedi
Hədəf Nəşrlərinin “Xatirə ədəbiyyatı” seriyasının 52-ci kitabı 2020-ci ilin 14 iyulunda ermənilərin #Tovuz təxribatı zamanı şəhid olmuş general-mayor Polad İsrayıl oğlu Həşimov haqqındadır. İyul hadisələri zamanı Polad Həşimovda daxil olmaqla 12 şəhidimizin xəbəri Azərbaycanda soyuq su effekti yaratmış, İkinci Qarabağ müharibəsindəki “ Dəmir Yumruq”un ilk dəfə meydanlarda sərgilənməsi ilə nəticələnmiş, ardınca ermənistanın hərbi-siyasi rəhbərliyi həmçinin, beynəlxalq mərkəzlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qarşısı alınmayan erməni təxribatının sentyabr dövrü “ Dəmir Yumruq” əməliyyatının başlanmasını zəruri etmişdir. Şəmil Sadıq qeyd edir ki, Azərbaycanın 1-ci Qarabağ müharibəsindən qaynaqlanan əzilmişlik psixologiyası məhz yaşanmış 3 hadisə ilə zehinlərdən qovulmağa başlandı və bizə kim olduğumuzu göstərdi: Mübariz İbrahimovun göstərmiş olduğu şücaət, ardınca aprel döyüşləri və Polad Həşimovun şəhidliyi. Bu 3 mərhələ Qarabağın işğaldan azad edilməsinin mənəvi-psixoloji bazasını uzun illərdir hazırlamışdı bizim üçün, geriyə qalansa gedib almaq idi ki, onu da müzəffər Azərbaycan ordusunun rəşadəti sayəsində 44 gün ərzində tamamladıq. Ermənistan hərbi-siyasi rəhbərliyinin “yenilməz erməni ordusu” mifologiyası aprel döyüşlərində öz gerçək simasını göstərdi və Azərbaycan ordusu qarşısında necə zəif olduqlarını, qorxaq , aciz olduqlarını bütün dünya gördü. Aprel döyüşlərində düşmənə qan udduranlar arasında Polad Həşimovun da adını xüsusi olaraq qeyd etmək lazımdır. Təsadüfi deyildi ki, Aprel döyüşləri zamanı azad edilmiş Talış yüksəkliyindəki postlardan birinə “ Polad Postu” adı verilmişdi, çünki bu postu Polad Həşimov sadəcə bir neçə əsgərlə birgə azad etmişdi. Orduya xidmətlərinə görə 2019-cu ilin iyun ayında general-mayor ali hərbi rütbəsi ilə təltif edilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev , haqqında danışarkən xüsusilə Aprel döyüşlərində göstərdiyi rəşadəti vurğulamış, qisasının alınacağını vəd etmişdi, Allaha min şükürlər olsun ki vəd yerinə yetirildi; Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bəs kimdir Polad Həşimov? Nur üzlü generalımızı xatirələrdən tanımaq üçün youtube-da “Poladın 7 anı” adlı sənədli filmi tövsiyə edirəm, kitab olaraqsa bu kitab əvəzedilməzdir, çox gözəl kitab ərsəyə gətirilib həqiqətən. Generalımızı tanımaq üçün onu bütünlüklə bilmək lazımdır, çünki O, Azərbaycan ordusu üçün yüksək rütbəli biri olmaqla birlikdə kiminsə üçün ata, qardaş, yoldaş, sirdaş idi, əsl insani keyfiyyətlərin təcəssümü idi. Polad Həşimov özü kirayədə yaşayarkən ona verilmiş evi şəhid ailəsinə bağışlamış bir insan idi, metrodan istifadə edən, “Niva” markalı maşınını satıb, üzərini kredit götürüb düzəldərək kazarma tikdirən , post düzəltdirən , maaşı ilə əsgərlərinə əsgər üçün zəruri ehtiyacları alıb aparan, səngərdə daim əsgərlərindən daha öndə olan bir general idi. 1991-ci ildə baş vermiş “ Qarakənd faciəsi” zamanı bir çox rəsmi vəzifəli şəxslə birlikdə, Azərbaycanın o dövrkü Daxili İşlər Naziri , general-mayor Məhəmməd Əsədov da şəhid olsa da , Polad Həşimov müstəqilliyimizdən bəri sırf səngərdə, döyüş meydanında şəhadətə ucalan Azərbaycanın ilk generalıdır. Müdafiə Nazirliyinin General-mayor Polad Həşimov haqqında təqdim etdiyi xidməti xasiyyətnamədən: “Hərbi libası sevib, onu tələblərə uyğun daşıyıb, xidmətə münasibəti müsbət olub, təşəbbüskar və vətənpərvər olub. Fiziki cəhətdən sağlam, mənəvi cəhətdən saf olub. Dövlət sirrini qorumağı bacarıb” Polad Həşimov haqqındakı xatirələrdən ən çox diqqətimi çəkən məqamlardan biri anası Səmayə Həşimovanın danışdığı Poladın bağça xatirəsidir; müəllimlərinin qarşılarına fərqli oyuncaqlar tökməsilə Poladın silah oyuncaqlarına maraq göstərməsi, sinif yoldaşının “ o həmişə tank şəkli çəkirdi “ xatirəsi, babalarının müharibə veteranı olmasının onun üzərindəki təsiri, 1992-ci ildə- müharibənin qızğın dövründə məktəbi bitirdikdən sonra hərbçi olmağa qərar verməsi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil aldığı müddətdə 1-ci Qarabağ müharibəsinə qoşularaq Ağdamda ermənilərlə üzbəüz gəlməsi demək olarki uzun və şərəfli bir yolun ilk addımları idi. Qarabağın işğalı dövründə verilmiş kiçik bir qərar 30 ildən sonra Qarabağın azadlığına yol cızacaqdı , hərkəs isə bundan xəbərsiz idi. Qeyd edim ki,1992-də Ağdamdan əlavə, 1994-də də #Murovda 3 yüksəkliyin( Güzgü, Koroğlu, Ömər) alınmasında da şəxsən iştirak etmişdi və Murov döyüşləri 1-ci Qarabağ müharibəsi zamanı atəşkəsdən əvvəlki son cəbhə döyüşləri olmuşdu. Ehtiyatda olan polkovnik-leytenant Elçin Kərimov danışarkən qeyd edir ki, onlar Polad Həşimovla birgə Azərbaycan Ali Hərbi Məktəbinin ilk çağırışçıları idilər və cəmi 45 günlük təlimin ardından 1992-də döyüşə , Ağdama yollanmışdılar. Polad Həşimov işinin ağırlığını baxmayaraq orduya sırf peşə gözü ilə baxmayıb, hərbi geyimin onun üçün mənası tam fərqli idi. Düşünün ki, toyuna az bir müddət qalmış Müdafiə Nazirliyi tərəfindən təyin edilmiş 2 aylıq kursu keçmək üçün toy tədbirlərini təxirə salaraq heç bir etiraz etmədən Türkiyəyə yollanır, toyu yalnız kursun bitimi ilə geri qayıtdıqdan sonra gerçəkləşir. Xatirələrdən aydın olur ki, bayram günlərini belə əsgərləri ilə birgə keçirirmiş, “ilk öncə vətən “ sözünü dildə yox, əməldə yaşayan bir vətəndaş və hərbiçi idi. Ehtiyatda olan kapitan Qalib Paşayevə “ Generalın ailəsinə bundan sonra verə biləcəyiniz ən yaxşı xəbər nə olardı? “ deyə soruşduqda , “Polad Həşimov Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülüb “ xəbərini deyə cavab verir. Polad Həşimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020 tarixli “hərbi qulluqçuların təltifi haqqında” sərəncamına əsasən , Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülür. Kitabı mütləq hərkəs oxumalı və Polad Həşimov kimliyini öz vətəndaşlıq mənliyinə aşılamalıdır. Bu arada generalımızın ən son oxuduyub-bitirə bilmədiyi kitabı Hüseyn Cavidin “ İblis” əsəri olub; buna istinadən son sözlərimi kitabdan bir hissə ilə bitirəcəm, En gəl bana, yaxud bəni yüksəklərə qaldır, Gəzdir qonağında. Yerlərdə süründüm,yetişir, göylərə qaldır, Dindir qucağında. Qaldır bəni , bir seyr edəyim xoşmu gözəlmi, Cənnətdə mələklər? Qaldır bəni, ta görməyim insandakı zülmi, Baq, yer yüzü inlər. Yarəb, bu cinayət,bu xəyanət,bu səfalət, Bulmaz mı nihayət? Insanları xəlq etmədə var bəlkə də hikmət, İblisə nə hacət? #iblis #qarabağ #karabağ #poladhəşimov #azerbaycan #demiryumruq
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202081 okunma
·
182 görüntüleme
Əhmədova Gülarə okurunun profil resmi
Qürurverici təhlil idi, əhsən! Kitabla yanaşı haqqında səsləndirilən fikirləri də hər kəs oxumalı, qəhrəman generalımızın kimliyi haqqında mümkün qədər çox məlumat əldə olunmalıdır. Ümid edirəm ki, kitabxanamızın ən yüksək nöqtəsində bu kimi qürurverici, qələbə tariximiz və onların memarları haqqında çox kitablar yer alacaq. Yurdumuzu ayaqda tutanların kimliyi haqqında hər kəs, övladlarımız və sonrakı nəsillər məlumatlı olmalı, onları tanımalı və unutmamalıdır.
Ayşə Əmrahova okurunun profil resmi
Bir sözlə MÜKƏMMƏL..
Baho okurunun profil resmi
Təşəkkür edirəm🙏🏻
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.